Çindən Qərb ölkələrinə hansı məhdudiyyət qoyuldu?
Çin Qərbdəki müdafiə sənayesi şirkətlərinə kritik mineralların tədarükünü məhdudlaşdırır.
“The Wall Street Journal” nəşrinin yazdığına görə, söhbət güllələrdən tutmuş reaktiv qırıcıların istehsalı zamanı lazım olan minerallardan gedir. Beləliklə, Qərb dövlətləri başqa bazarlarda alternativ axtarmağa məcbur qalacaq.
“Bu yaxınlarda reaktiv qırıcı mühərriklərin həddindən artıq temperaturlarına tab gətirə bilən maqnitlər hazırlamaq üçün lazım olan samarium elementi bizə standart qiymətdən 60 dəfə baha qiymətə təklif edilib”, – deyə şirkətlərdən birinin rəhbəri deyib.
Xatırladaq ki, iyun ayında “The New York Times” Çinin dünyada demək olar ki, yalnız hərbi məqsədlər üçün istifadə olunan samariumu istehsal edən yeganə ölkə olduğunu yazmışdı. Bu isə Qərb ölkələrinin, o cümlədən ABŞ-nin ordularının Pekindən asılı vəziyyətə düşməsinə gətirib çıxarır.
#Çin teqi istifadə olunub
- ABŞ Dövlət katibi Pekinin İranla bağlı ehtiyatlı davrandığını bildirib
- "Ən azı bir dəfə mütləq görülməli olan yerdir"
- 28 May Müstəqillik Günüdür | Azərbaycanın turizm potensialı Çində tanıdılır - YENİ BİR SƏHƏR
- Çinin "Vəhşi Fil Vadisi"ndə rekord qeydə alındı
- Çin “Sençjou-23” kosmik gəmisini kosmosa göndərib
