Pleyeri seçin:

Çinin iki supertankeri Hörmüzdən keçdi

21 may 2026 40 baxış

Son sutka ərzində Hörmüz boğazından 26 ticarət gəmisi buraxılıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.

Məlumata görə, bu gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və ticarət nəqliyyat vasitələri var. Qeyd olunur ki, İran Hərbi Dəniz Qüvvələri gəmilərin keçidini və təhlükəsizliyini tam şəkildə təmin edib.

Daha əvvəl təxminən 4 milyon barel neft daşıyan Çinə məxsus iki supertanker Hörmüz boğazından keçib.

Bundan əlavə, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ-nin Tehranın təklifi əsasında münaqişənin həlli məsələsi ilə bağlı məlumat mübadiləsini davam etdirdiyini bəyan edib.

O bildirib ki, mayın 18-də Pakistan ABŞ-yə münaqişələrin həlli ilə bağlı 14 maddəlik yeni təklif təqdim edib və mətndə hərbi əməliyyatların dayandırılması eyni zamanda etimadın artırılması tədbirləri vurğulanıb.

Bu arada, İranın Xarici İşlər Naziri Abbas Əraqçi ölkəsinin danışıqlara da, döyüşə də hazır olduğunu qeyd edib.

“Biz öz missiyamızı yerinə yetiririk və digər qurumlarla birgə işlər aparırıq. Silahlı qüvvələrin komandirləri ilə hər gün bir neçə dəfə əlaqə saxlayır, görüşlər keçirir və məqsədimizə çatmaq üçün birgə səylərimizi davam etdiririk. Lazım gəldikdə missiyamızı yerinə yetirmək üçün müvafiq addımlar atacağıq. İran həm mübarizə aparmağa, həm də danışıqlara hazırdır”, – deyə A.Əraqçi bildirib. 

Hörmüz boğazının yeni xəritəsi yayımlandı: İran dəniz nəzarətini rəsmiləşdirir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazının yeni xəritəsi yayımlandı: İran dəniz nəzarətini rəsmiləşdirir? - AKTUAL GÜNDƏM

Dünya
21 may 2026 40 baxış
Rusiya yeni hücuma hazırlaşır, Kiyev müdafiəni gücləndirir

Rusiya yeni hücuma hazırlaşır, Kiyev müdafiəni gücləndirir

Dünya
21 may 2026 40 baxış
Rusiyanı şoka salacaq müdafiə | Ukrayna ABŞ "Patriot"una elə bir alternativ yaradır ki... - Baku TV

Rusiyanı şoka salacaq müdafiə | Ukrayna ABŞ "Patriot"una elə bir alternativ yaradır ki... - Baku TV

Dünya
21 may 2026 40 baxış
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır? | Zelenski orduya əmr verdi - ANA XƏBƏR

Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır? | Zelenski orduya əmr verdi - ANA XƏBƏR

Dünya
21 may 2026 40 baxış
İrəvanda Qərb və Rusiya siyasi xətti toqquşur: Kreml Ermənistana qoşun yeridə bilər? - AKTUAL GÜNDƏM

İrəvanda Qərb və Rusiya siyasi xətti toqquşur: Kreml Ermənistana qoşun yeridə bilər? - AKTUAL GÜNDƏM

Dünya
21 may 2026 40 baxış
Orban bir daha baş nazir ola bilməyəcək?

Orban bir daha baş nazir ola bilməyəcək?

Dünya
21 may 2026 40 baxış
ABŞ və Fransa arasında nə baş verir? - Baku TV CANLI

ABŞ və Fransa arasında nə baş verir? - Baku TV CANLI

Dünya
21 may 2026 40 baxış
CNN: “İsrail İrana qarşı yeni hərbi əməliyyatlara hazırdır”

CNN: “İsrail İrana qarşı yeni hərbi əməliyyatlara hazırdır”

Dünya
21 may 2026 40 baxış
Pakistan İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirir - Baku TV CANLI

Pakistan İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirir - Baku TV CANLI

Dünya
21 may 2026 40 baxış
Kuba ABŞ-ni hadisələri manipulyasiya etməkdə günahlandırdı

Kuba ABŞ-ni hadisələri manipulyasiya etməkdə günahlandırdı

Dünya
21 may 2026 40 baxış
Seçilmişlər
icon