Dağıstandakı kilsə və sinaqoqa hücumla bağlı araşdırma aparılır | Təcili açıqlama
Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında və Dağıstanın iki şəhərində terror aktları hakimiyyət orqanlarının yanlış hesablamaları üzündən baş verib.
Bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov deyib.
Onun sözlərinə görə, bu faciələr göstərib ki, terrorizmə qarşı mübarizə sahəsində yoxlamalar və cavab tədbirləri başqa səviyyədə olmalıdır.
İ.Krasnov vurğulayıb ki, terror aktları bütün Rusiya cəmiyyətinə və hüquq-mühafizə sisteminə meydan oxuyur.
İyulun 8-də bildirilib ki, müstəntiqlər Dağıstanda baş verən hücumlarla bağlı ictimaiyyətin diqqətini cəlb edən vətəndaşların terror aktlarında əli olub-olmadığını yoxlayırlar.
Məlum olduğu kimi, iyunun 23-də Dərbənddə sinaqoq və kilsədə terror aktı baş verib, eyni zamanda Mahaçqalada polis əməkdaşlarına hücum olub. “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Terrorçular binaya soxulub, atəş açıb və konsert zalını yandıraraq binadakı insanların qarşısını kəsiblər. Nəticədə 145 adam həlak olub.
#Rusiya teqi istifadə olunub
- Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI
- Trampın Rusiya ilə bağlı qərarı Zelenskini özündən çıxardı - Baku TV CANLI
- Rusiyada yaponiyalı jurnalistə qarşı casusluq şübhəsi gündəmə gəlib
- Trampın Rusiya ilə bağlı sanksiya qərarının pərdəarxası - Baku TV CANLI
- Qara dənizdə daha gərgin ssenarilərə hazırlıq gedir? - Rusiya və Ukraynaya təklif - Baku TV
