Danışıqlar baş tutmasa, zərbələr bərpa olunacaq?
Əgər hazırkı danışıqlar nəticə verməsə, Birləşmiş Ştatlar İrana qarşı güclü zərbələri bərpa edəcək.
ABŞ Prezidenti Donald Tramp bu barədə "Axios" nəşrinə müsahibəsində bildirib.
"Biz İranla intensiv danışıqlar aparırıq və əgər onlar uğursuzluqla başa çatarsa, biz genişmiqyaslı hərbi əməliyyata qayıdacağıq. Mən vasitəçilərin İranla danışıqlara şans vermək xahişinə cavab verdim. Danışıqlara çox vaxt verməyəcəyəm", – deyə D.Tramp qeyd edib.
Bundan əvvəl "Associated Press" agentliyi danışıqların bərpasında irəliləyişlərin əldə olunduğunu yazmışdı.
Qeyd edilib ki, Qətər və Pakistanın rəhbərlik etdiyi vasitəçilər ABŞ və İran arasında danışıqların bərpası və Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısının alınması istiqamətində irəliləyiş əldə ediblər.
Məlumata görə, son üç gündə nə ABŞ, nə də İran qarşılıqlı hücum həyata keçirib. Vasitəçilər Vaşinqton və Tehran arasında son döyüşlər nəticəsində faktiki olaraq pozulmuş müvəqqəti atəşkəs razılaşmasını yenidən qüvvəyə mindirmək üçün çalışırlar.
Regional rəsmilərdən biri vasitəçilik səylərində əldə olunan irəliləyişi "əhəmiyyətli" adlandırıb. Onun sözlərinə görə, tərəflər həmçinin İran və Oman arasında Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini tənzimləyəcək mexanizm üzərində işləyirlər.
#Donald Tramp teqi istifadə olunub
- Zelenski ABŞ-də səfərdə | Trampın qərarı müharibənin gedişini dəyişə bilər - Baku TV CANLI
- Netanyahu Trampa İranla bağlı hansı gizli məlumatları aparır? - Baku TV CANLI
- Trampdan İranla bağlı diqqətçəkən açıqlama - Baku TV
- “Başqa yol yoxdur, bu məsələlərdə razılıq əldə edilməsə...” | Netanyahu ABŞ-yə niyə gedir? - Baku TV
- Börnhem Britaniyanın Trampa qarşı çıxmağa hazır olduğunu bildirib
