Daşkənddən Moskvaya daha bir nota ünvanlandı
Rusiyanın Vladivostok şəhərində yerli gənclər Özbəkistan vətəndaşlarını döyüblər.
Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə Özbəkistanın müvafiq qurumları tərəfindən reaksiya verilib.
Bildirilir ki, rus gənclərin Özbəkistan vətəndaşlarını döyməsi və təhqir etməsi ilə bağlı bu ölkənin Vladivostok şəhərindəki Baş Konsulluğu Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk Vilayət Prokurorluğuna nota göndərib.
"Hadisə müəyyən edilən kimi Vladivostokdakı Baş Konsulluğumuzun əməkdaşları dərhal zərərçəkmiş vətəndaşlarımızla əlaqə quraraq onlara hüquqi yardım göstəriblər. Həmçinin vətəndaşlarımız tərəfindən Vladivostok şəhər Daxili İşlər İdarəsinə rəsmi müraciət təqdim olunub və məsələ ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün Rusiyanın Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk Vilayət Prokurorluğuna nota göndərilib", – deyə Baş Konsulluqdan bildirilib.
Hadisə Özbəkistanın Vladivostokdakı Baş Konsulluğu və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən xüsusi nəzarətə götürülüb.
#Rusiya teqi istifadə olunub
- Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama
- Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV
- Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV
- Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
