Pleyeri seçin:

Deputat Paşinyan hakimiyyətinin qalmaqallı yalanlarını ortaya çıxardı?

23 aprel 2025 739 baxış

Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə müxalifətdə olan Respublikaçılar Partiyasının deputatı Ayk Mamicanyan hakim “Vətəndaş sazişi” partiyasını sərt tənqid edib.

O, Paşinyan iqtidarının yalanlarının miqyasının ağlasığmaz səviyyəyə çatdığını iddia edib.

“Dünən hakim partiyanın deputatı Vahan Aleksanyan parlament tribunasında açıq-aşkar yalan danışdı. Yaxud da sadəcə göstərmək istədi ki, “Macbook”u var. Mən bu hərəkətdə başqa heç bir məntiq görmürəm”, – deyə Mamicanyan bildirib.

Onun sözlərinə görə, Aleksanyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ilə ABŞ-nin ovaxtkı vitse-prezidenti Co Bayden arasında baş tutmuş telefon danışığının məzmunu barədə yanlış informasiya verib.

Deputat əlavə edib ki, bu məsələ ilə bağlı vaxtilə ABŞ-nin Ermənistandakı səfirliyi rəsmi mövqe açıqlayıb:

“Prezident Serj Sarkisyan ABŞ Prezidenti Barak Obamanın 24 aprel münasibətilə verdiyi bəyanatın məzmununu vitse-prezident Baydenlə müzakirə etməyib və Nümayəndələr Palatasında 252 saylı qətnamənin baxılmasını təxirə salmağa çalışmayıb. Əksinə, vitse-prezident Bayden əsasən Türkiyə-Ermənistan münasibətlərinə toxunub. Hər iki lider bu münasibətlərin ön şərt olmadan normallaşdırılmalı olduğu fikrində razılaşıblar”.

Sonda Mamicanyan hakim partiya nümayəndələrinə səslənərək deyib: “Bizə xain və dönük damğası vurmağa çalışmayın. Bu titullar sizə tamamilə layiqdir və əbədi olaraq sizə məxsusdur. Sizin üçün heç nə fərq etmir və Melik-Frangülün şöhrəti sizə rahatlıq vermir”.

Donald Trampa dəstək 33 faizə düşdü

Donald Trampa dəstək 33 faizə düşdü

Dünya
06 sentyabr 2026 739 baxış
ABŞ boğazda gizli əməliyyat keçirib?

ABŞ boğazda gizli əməliyyat keçirib?

Dünya
06 sentyabr 2026 739 baxış
Serhat Mustafa Kılıçın ölümü niyə şübhələr doğurur? - Baku TV CANLI

Serhat Mustafa Kılıçın ölümü niyə şübhələr doğurur? - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 739 baxış
Rusiyaya kütləvi dron hücumu | Zərbələr yanğına səbəb oldu - Baku TV CANLI

Rusiyaya kütləvi dron hücumu | Zərbələr yanğına səbəb oldu - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 739 baxış
Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz

Avropa Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməz

Dünya
06 sentyabr 2026 739 baxış
Ötən sutkada 245 döyüş toqquşması baş verib

Ötən sutkada 245 döyüş toqquşması baş verib

Dünya
06 sentyabr 2026 739 baxış
ABŞ Prezidentindən açıqlama

ABŞ Prezidentindən açıqlama

Dünya
06 sentyabr 2026 739 baxış
Hökumət Seutada vəziyyəti nəzarətə götürüb

Hökumət Seutada vəziyyəti nəzarətə götürüb

Dünya
06 sentyabr 2026 739 baxış
ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

ABŞ mediasında Sudanla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 739 baxış
Ağ Evdəki yeni tikili Vaşinqtonda müzakirələri yenidən alovlandırdı - Baku TV CANLI

Ağ Evdəki yeni tikili Vaşinqtonda müzakirələri yenidən alovlandırdı - Baku TV CANLI

Dünya
06 sentyabr 2026 739 baxış
Seçilmişlər
icon