Dünya
Pleyeri seçin:
Deyirlər ki, uşaqları qaçırırıq və... | Lukaşenkodan Ukrayna barədə ittihamlara cavab
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə BELTA məlumat yayıb.
“Biz heç kəsi incitmirik, biz Ukrayna ilə eyni prinsiplər əsasında Donetsk Respublikası ilə də əməkdaşlığa hazırıq”, – Lukaşenko “DXR” rəhbəri Denis Puşilinlə görüşdə deyib.
O həmçinin qeyd edib ki, Belarus Donbasdan olan uşaqları məzuniyyət və müalicə üçün qəbul edir. Lukaşenko bunun üçün Qərbdə uşaqları oğurlamaqda ittiham olunduğundan şikayətlənib.
Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri Belarus Prezidenti özünü Moskvanın sadiq müttəfiqi kimi aparır və buna görə də Qərb dövlətlərinin tənqidinə və sanksiyalarına məruz qalır.
Kopyalandı
Seçilmişlər