Pleyeri seçin:

Dini geyimlərə qadağa müsəlmanları qəzəbləndirdi | Rusiyada aranı qarışdıran qərar

29 oktyabr 2024 117 baxış

Rusiya qanunvericiləri destruktiv ideologiyaya qarşı mübarizə təşəbbüsləri irəli sürərkən Şimali Qafqaz müsəlmanları Vladimir vilayətinin Təhsil Nazirliyinin əmrində destruktiv təzahürlər aşkar ediblər.

Oktyabrın 22-dən vilayətdə məktəblilərin dini geyimdə təhsil müəssisələrinə getməsinə qadağa qoyulması müftiliklər birliyinin xoşuna gəlməyib.

Bundan əvvəl bu qərar Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi tərəfindən tənqid edilib.

Xəbər verildiyi kimi, Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi oktyabrın 25-də üç gün əvvəl qüvvəyə minən əmr dərc edib. Yeni normaya görə, təhsil müəssisələrində “şagirdin dini mənsubiyyətini nümayiş etdirən geyim və onun elementləri” geyilə bilməz. Ayrı-ayrılıqda qadınların müsəlman qarderobunun hicab və niqab kimi elementləri vurğulanır.

Qalan hər şey “və s.” abbreviaturası ilə nəzərdə tutulur.

“Məktəb geyiminə və dinindən asılı olmayaraq şagirdlərin xarici görünüşünə dair müəyyən edilmiş tələblər dövlət və bələdiyyə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasını və onlarda dini neytrallığın qorunmasını təmin edir”, – deyə daha sonra idarədən bildirilib.

Oktyabrın 28-də Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi Vladimir vilayətinin Təhsil Nazirliyini tənqid edən bəyanat yayıb. Çeçenistan Müftiliyi daha əvvəl Rusiya Federasiyasının bir çox vilayətlərinin hakimiyyət orqanlarının niqab taxmağın yolverilməzliyi ilə bağlı qərarlarını dəstəkləsə də, bu dəfə ənənəvi Yaxın Şərq paltarının geyilməsinə və hicaba qoyulan qadağanı tənqid edərək mövcud Vladimir əmrini pisləyiblər.

Kopyalandı
"Politico": Avropa Komissiyası Macarıstana qarşı sərt cəza tədbirləri hazırlayır

"Politico": Avropa Komissiyası Macarıstana qarşı sərt cəza tədbirləri hazırlayır

Dünya
20 mart 2026 117 baxış
SEPAH müxalifət kanallarına üzv olan vətəndaşlarına xəbərdarlıq etdi - Baku TV CANLI

SEPAH müxalifət kanallarına üzv olan vətəndaşlarına xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
20 mart 2026 117 baxış
ABŞ 2200–2500 nəfərlik dəniz piyadası birliyini Yaxın Şərqə transfer edib

ABŞ 2200–2500 nəfərlik dəniz piyadası birliyini Yaxın Şərqə transfer edib

Dünya
20 mart 2026 117 baxış
Merts Orbanın Ukraynaya Aİ tərəfindən veriləcək kreditə veto qoymasını tənqid edib

Merts Orbanın Ukraynaya Aİ tərəfindən veriləcək kreditə veto qoymasını tənqid edib

Dünya
20 mart 2026 117 baxış
Braziliya Prezidenti: “ABŞ-nin özünü dünyanın sahibi kimi aparmasına yol vermək olmaz”

Braziliya Prezidenti: “ABŞ-nin özünü dünyanın sahibi kimi aparmasına yol vermək olmaz”

Dünya
20 mart 2026 117 baxış
Netanyahu İranın artıq uranı zənginləşdirmə qabiliyyətinə malik olmadığını deyir

Netanyahu İranın artıq uranı zənginləşdirmə qabiliyyətinə malik olmadığını deyir

Dünya
20 mart 2026 117 baxış
Netanyahudan İrana hücumlarla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Netanyahudan İrana hücumlarla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Dünya
20 mart 2026 117 baxış
İsrail qırıcıları İranın Xəzər dənizindəki bir sıra obyektlərini vurub - Baku TV

İsrail qırıcıları İranın Xəzər dənizindəki bir sıra obyektlərini vurub - Baku TV

Dünya
20 mart 2026 117 baxış
Dağıntılar içində qalan Qəzzada bayram namazı qılındı

Dağıntılar içində qalan Qəzzada bayram namazı qılındı

Dünya
20 mart 2026 117 baxış
2053-cü ilə planlaşdırılan kosmik missiya

2053-cü ilə planlaşdırılan kosmik missiya

Dünya
20 mart 2026 117 baxış
Seçilmişlər
icon