Pleyeri seçin:
Dünyanın diqqətində olan Trampla bağlı iddia | Keçmiş rəisdən qalmaqallı açıqlama
Qazaxıstan kəşfiyyat xidmətinin keçmiş rəisi Alnur Musayev ABŞ Prezidenti Donald Trampla bağlı şok iddia ilə çıxış edib.
"The Hill" nəşrinin məlumatına görə, o, Donald Trampın SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən əməkdaşlığa cəlb edildiyini iddia edib.
A.Musayev deyir ki, D.Tramp 1987-ci ildə, hələ 40 yaşında olarkən daşınmaz əmlak maqnatı kimi Moskvaya ilk səfərini edib və bu vaxt KQB tərəfindən işə götürülüb.
A.Musayev heç bir sübut təqdim etməyib. O, Trampın dosyesinin Vladimir Putinin əlində olduğunu iddia edib.
Qeyd edək ki, A.Musayev belə bir iddia ilə çıxış edən yeganə keçmiş KQB zabiti deyil. Bir neçə il əvvəl KQB-nin keçmiş mayoru, hazırda Vaşinqtonda yaşayan Yuri Şvets də D.Trampın KQB-yə işlədiyini bildirmişdi.
Kopyalandı
#Qazaxıstan teqi istifadə olunub
- İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib - Baku TV
- Turistlər Novruz bayramını keçirmək üçün Bakını seçdilər - Baku TV
- Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd olundu - Baku TV
- Qazaxıstan neftinin daşınmasında tranzit həcm 4 milyon tona çatıb - Baku TV
- Qazaxıstanın Azərbaycandakı səfirliyində referendumla bağlı səsvermə keçirilir - Baku TV
