Pleyeri seçin:

Entoni Blinkendən Qəzza ilə bağlı açıqlama

10 yanvar 2024 196 baxış

ABŞ yeni müharibələrin və böhranların yarana biləcəyindən ehtiyyat edərək önləyici tədbirlər görmək niyyətindədir.

Belə bir başlıqla “The Time of Israel” məlumat paylaşıb. Xəbərdə qeyd olunub ki, Bayden Qəzzada döyüşlərin intensivliyinin azaldığını yoxlamaq, İsrail və "Hizbullah" arasında müharibənin qarşısını almaq üçün dövlət katibini İsrailə göndərib.

Entoni Blinkeni ilk olaraq İsrail Prezidenti İshaq Hersoqla görüşüb. Söhbət zamanı Qəzzadakı son vəziyyət, blokadada qalan dinc sakinlərin aqibəti və əsirlikdə saxlanılan israillilərin tezliklə evlərinə qaytarılması məsələsi müzakirə edilib.

İsrail Prezidenti İshaq Hersoq İsrail-HƏMAS müharibəsi başlayandan bəri hadisələri yaxından izləyən Entoni Blinkenə öz təşəkkürünü bildirib: “HƏMAS-ın İsrailə hücumlarından sonra beşinci dəfədir ki, ölkəmizə rəsmi səfər edirsiniz. Buna görə sizə təşəkkür edirəm. Biz müharibənin tezliklə bitməsinə ümid edirik”.

Dövlət katibi Blinken isə öz növbəsində ABŞ-nin bundan sonra da İsraili dəstəkləyəcəyini, Fələstin xalqının tezliklə bu böhrandan və çətinliklərdən qurtulacağına ümid etdiyini bildirib:

“Ağ Ev girovları geri qaytarmaq üçün əlindən gələni edir. Biz Qəzzadakı insanları köçürmək üçün beynəlxalq hüququn bizə verdiyi bütün vasitələrdən istifadə edirik. Müharibənin yüzlərlə insana necə ziyan vurduğunu görmək, həlak olanların sayının günü-gündən artması bizi olduqca məyus edir”.

Dövlət katibi daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşüb. O, burada Qəzzada baş verənlərə toxunaraq narahatlığını ifadə edib.

Blinkenin İsrail səfəri çərçivəsində həmçinin müdafiə naziri Yoav Qalant, müharibə kabineti naziri Benni Qantz, İsrail kəşfiyyat orqanlarının rəhbərləri, o cümlədən HƏMAS tərəfindən saxlanılan girovların ailələri ilə görüşəcəyi də gözlənilir.

Ukrayna ordusu hücuma keçdi | Rusiyanın strateji obyekti vuruldu - Baku TV

Ukrayna ordusu hücuma keçdi | Rusiyanın strateji obyekti vuruldu - Baku TV

Dünya
24 may 2026 196 baxış
Filippində bina çökdü, 40 nəfər dağıntılar qalıb

Filippində bina çökdü, 40 nəfər dağıntılar qalıb

Dünya
24 may 2026 196 baxış
Ukraynada müharibə yenidən şiddətləndi | Xilasetmə qrupları səfərbər edildi - Baku TV

Ukraynada müharibə yenidən şiddətləndi | Xilasetmə qrupları səfərbər edildi - Baku TV

Dünya
24 may 2026 196 baxış
Belə bir müdaxilə atmosferin tarazlığını poza bilər?

Belə bir müdaxilə atmosferin tarazlığını poza bilər?

Dünya
24 may 2026 196 baxış
ABŞ-dən İrana güzəşt: Gizli razılaşmanın detalları açıqlanıb

ABŞ-dən İrana güzəşt: Gizli razılaşmanın detalları açıqlanıb

Dünya
24 may 2026 196 baxış
Kiyevə kütləvi hücum edildi: Sakinlər qorxu içində - Baku TV

Kiyevə kütləvi hücum edildi: Sakinlər qorxu içində - Baku TV

Dünya
24 may 2026 196 baxış
Müsəlman liderlər Ağ Ev rəhbərindən İranla anlaşmasını istədilər

Müsəlman liderlər Ağ Ev rəhbərindən İranla anlaşmasını istədilər

Dünya
24 may 2026 196 baxış
Luqanskda dağıntılar altından 18 meyit çıxarılıb

Luqanskda dağıntılar altından 18 meyit çıxarılıb

Dünya
24 may 2026 196 baxış
Xəstələr dərmansız yaşaya biləcəklər

Xəstələr dərmansız yaşaya biləcəklər

Dünya
24 may 2026 196 baxış
Tehran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcək? - Baku TV

Tehran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcək? - Baku TV

Dünya
24 may 2026 196 baxış
Seçilmişlər
icon