Erməni deputatdan qalmaqallı açıqlama | Rusiya Ermənistanı müharibəyə soxmaq üçün...
Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş keşişi Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir.
Bunu hakim Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyan keşiş Baqratın delimitasiyaya etiraz olaraq Azərbaycanla sərhəddən İrəvana doğru başlayan yürüşü barədə açıqlamasında deyib.
“Müxalifət xalqı toplaya bilmədi. Baqramyan prospekti aylarla bağlı saxlanıldı, insanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə arxiyepiskopun arxasınca 40 nəfər gəzir”, – Q.Melkonyan bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı müharibəyə soxmaq üçün Baqratdan 5-ci kolon kimi istifadə edir:
“Rusiyanın Ermənistanda həmişə agentləri olub, bu gün də aktivdirlər. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar”.
#Erməni Apostol Kilsəsi teqi istifadə olunub
- Kilsə-hakimiyyət savaşı: Paşinyan II Qareginin legitimliyini tanımır
- Erməni kilsəsində qiyam başladı: II Qaregin xəyanət etdi
- Paşinyan II Qareginin qardaşını DTK üçün işləməkdə ittiham etdi?
- Paşinyan-kilsə savaşı: Ermənistanda yeni gərginlik dalğası | AKTUAL GÜNDƏM
- Paşinyan görün kimlərdən üzr istədi | Ermənistana səs salan hadisə
