Erməni deputatlar Rusiyaya "yox" dedi | Ölkə parlamentində qalmaqallı müzakirə
Ermənistan parlamenti ölkənin Avropa İttifaqına qəbulu prosesinin başlanmasına dair qanun layihəsini ilk oxunuşda qəbul edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qanun layihəsinin lehinə 63, əleyhinə isə 7 deputat səs verib. Robert Köçəryanın fraksiyası isə səsvermədə iştirakdan imtina edib.
Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi 2025-ci il yanvarın 9-da təsdiqləyib. Daha sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.
Bu arada rəsmi Kreml Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsinin birinci oxunuşda təsdiqlənməsinə münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Ermənistanın suveren hüququ adlandırıb.
#Ermənistan teqi istifadə olunub
- Türkiyə rəsmən açıqladı | İstanbul-İrəvan-İstanbul uçuşları bu tarixdən başlayır - Baku TV
- Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV
- Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?
- Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar
- Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV
