Pleyeri seçin:

Kobaxidze Rusiya ilə münasibətlərdən danışıb

23 dekabr 2025 179 baxış

“Rusiyaya münasibətdə siyasətimiz tamamilə aydındır, işğal məsələsinə dair qırmızı xətlərimiz var”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalının efirində deyib.

O qeyd edib ki, Gürcüstan ərazilərinin 20 faizi işğal altında olduğu müddətdə status-kvonun əsaslı şəkildə dəyişdirilməsi, o cümlədən diplomatik münasibətlərin bərpası mümkün deyil.

Baş nazirin sözlərinə görə, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələrə malik olsa da, bu münasibətlər praqmatik çərçivədə saxlanılır.

“Rusiyaya qarşı siyasətimiz çox aydındır. Bir tərəfdən, işğal məsələsi ilə bağlı qırmızı xətlərimiz var. Ərazilərimizin 20 faizi, 2 tarixi bölgəmiz işğal altında qaldığı müddətdə diplomatik münasibətlərin bərpası da daxil olmaqla, status-kvonu əsaslı şəkildə dəyişdirmək mümkün deyil. Bunun hüquqi və siyasi əsasları mövcuddur”, – deyə gürcü Baş nazir vurğulayıb.

Kobaxidze əlavə edib ki, Gürcüstanın əsas məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.

“Bu yolda çoxsaylı çətinliklər mövcuddur və qlobal siyasi proseslər də mürəkkəb şəkildə inkişaf edir. Gələcəkdə vəziyyətin necə dəyişəcəyini zaman göstərəcək. Lakin ictimaiyyətə açıq şəkildə bildiririk ki, qırmızı xətlərimiz var və əsas qırmızı xəttimiz işğal məsələsidir”, – deyə Baş nazir bildirib.

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

Dünya
16 mart 2026 179 baxış
SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

Dünya
16 mart 2026 179 baxış
Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Dünya
16 mart 2026 179 baxış
İlbər Ortaylının dəfn mərasimi keçirildi

İlbər Ortaylının dəfn mərasimi keçirildi

Dünya
16 mart 2026 179 baxış
"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

Dünya
16 mart 2026 179 baxış
Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Dünya
16 mart 2026 179 baxış
İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

Dünya
16 mart 2026 179 baxış
ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

Dünya
16 mart 2026 179 baxış
İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

Dünya
16 mart 2026 179 baxış
İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

Dünya
16 mart 2026 179 baxış
Seçilmişlər
icon