Pleyeri seçin:

Ermənistanda böyük çaxnaşma | İttifaqlar, məxfi danışıqlar və gizli namizədlər

14 may 2025 680 baxış

Ermənistan müxalifəti gələn il keçiriləcək parlament seçkilərinə indidən hazırlaşmağa başlayıb.

Bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşrinin iddiasına görə, ayrı-ayrı müxalif siyasi qüvvələr aktiv formada yeni bloklar yaratmağa çalışırlar:

“Birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası fəallaşıb. İddiaya görə, sabiq prezidentin komandasında keçmiş ombudsman Arman Tatoyanla əməkdaşlıq formatı tapmaq istəyi böyükdür. Hər iki tərəf inadla bu şayiələri təkzib etsə də, format ətrafında müzakirələr gedir. Hələlik razılaşma yoxdur.

Bir məlumata görə, Arman Tatoyan Serj Sarkisyanın Respublika Partiyası ilə sıx əlaqədə olduğundan birinci və üçüncü prezidentlər arasında müzakirələr gedir. İrəvanın keçmiş meri Hayk Marutyanı da öz sıralarına cəlb etmək istəyi var. Amma onun yaxın ətrafından bizə bildirilib ki, Hayk qarşıdan gələn seçkilərdə ayrıca iştirak etmək niyyətindədir. Amerikada yaşayan Vardan Qukasyanın partiyasının taleyi hələ də məlum deyil.

Seçkilərdə rusiyayönlü qüvvələrdən də rəqabətədavamlı blok iştirak etmək niyyətindədir. Bu düşərgə istisna etmir ki, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası fəallaşacaq. Mümkündür ki, Q.Sarukyan seçkilərə blok formatında qatılsın. Edmon Marukyanın “İşıqlı Ermənistan” Partiyası da müxtəlif məsləhətləşmələr aparır. Amma onun hansı alyansda yer alacağı hələ bəlli deyil”.

Seçkilər yaxınlaşdıqda sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi düşərgələr arasındakı dərin fikir ayrılıqları da diqqətdən yayınmır. R.Koçaryanın S.Sarkisyanın Baş nazir Nikol Paşinyanın impiçmenti layihəsinə dəstək verməməsi tərəflər arasındakı gərginliyi açıq müstəviyə keçirib.

Bundan başqa, sabiqlər arasında həll edilməsi mümkün görünməyən ciddi bir problem də var: baş nazirliyə namizəd. Hər iki düşərgə namizədin onun tərəfindən olmasını istəyir. Bütün bunlar hələlik tərəflər arasında seçkilərə vahid komanda şəklində gedilməsi məsələsinin çözülməsini çətin tənliyə çevirib.

Baş nazir Nikol Paşinyan və partiyası “Vətəndaş Müqaviləsi”nə gəlincə isə onlar seçkilərə yenilənmiş komanda ilə getməyi planlaşdırırlar. Qələbəsini bəri başdan qarantiyaya almaq istəyən Baş nazirin seçki siyahısının böyük ölçüdə dəyişəcəyi gözlənilir. Qeyd olunur ki, Nikol Paşinyan bu dəfə də qərbpərəstlərə arxalanacaq.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 680 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 680 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 680 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 680 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 680 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 680 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 680 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 680 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 680 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 680 baxış
Seçilmişlər
icon