Pleyeri seçin:

Ermənistanda daxili parçalanma başlayıb? | Köçəryandan sensasiyalı iddia

06 noyabr 2024 725 baxış

“Ermənistanda hakim partiya “klassik proses”ə – daxili parçalanma mərhələsinə qədəm qoyub”.

Bu barədə yerli ekspert Tiqran Köçəryan danışıb.

“Ümumilikdə bu mübarizədə “Ter-Petrosyançılar”, digər tərəfdən obrazlı desək, “yeni bolşeviklər” yer alıb. Aydındır ki, bu iki istiqamətin ortaq nöqtəsi yoxdur. Məsələn, Andranik Köçəryanın Soros üzvlərindən biri ilə, yaxud Xaçatur Sukiasyanın Mxitar Ayrapetyanla ortaq cəhəti nə ola bilər? Onlar müxtəlif nəsillərin nümayəndələri, fərqli ideologiyaların daşıyıcılarıdır. Belə bir vəziyyətdə hər kəsin yorğanı öz üzərinə çəkməyə çalışacağı göz qabağındadır”, – deyə o qeyd edib.

Tiqran Köçəryanın sözlərinə görə, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan əsl istədiyi yerdə – intriqaların mərkəzindədir.

Erməni ekspertin fikrincə, onun ilk qurbanı keçmiş müdafiə naziri David Tonoyan olub. Köçəryan hesab edir ki, keçmiş ədliyyə naziri Qriqor Minasyanın istefaya göndərilməsi məsələsində Andranik Köçəryanın əli var.

Tiqran Köçəryana görə, bu vəziyyət Andranik Köçəryanla partiyanın üzvlərini birləşdirib.

“Məsələn, çətin ki, D.Tonoyanla yaxın münasibətdə olan Vilen Qabrielyan A.Köçəryanın hərəkətlərini bağışlasın. Fakt odur ki, A.Köçəryanın “Vətəndaş sazişi” ilə qopma prosesi getdikcə daha da dərinləşəcək və bu ixtilafı uzun müddət idarə etmək mümkün olmayacaq.

Andranik Köçəryanın reytinqinin kiçik olduğunu nəzərə alaraq müəyyən mərhələdə Nikol Paşinyan vəziyyəti müvəqqəti yumşaltmaq üçün onu qurban verə bilər. Amma A.Köçəryan bu partiyadaxili intriqalardan qalib çıxa bilsə, onun növbəti qurbanı Nikol Paşinyanın özü olacaq”, – deyə Tiqran Köçəryan bildirib.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 725 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 725 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 725 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 725 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 725 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 725 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 725 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 725 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 725 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 725 baxış
Seçilmişlər
icon