Dünya
Pleyeri seçin:

Ermənistanın AB-yə üzvlük yolunda əngəllər | Poqosyandan qalmaqallı şərh

01 iyul 2024

Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi bir-birinə heç uyğun gəlməyən iki təşkilatdır.

Bu sözlər Ermənistanın APRI tədqiqat mərkəzinin baş elmi işçisi Beniamin Poqosyan tərəfindən səslənib.

AB ilə vahid gömrük ittifaqının yaradılmasını nəzərdə tutan Assosiasiya sazişinin imzalanması belə Avrasiya İqtisadi İttifaqı tərəfindən qəbul edilmir.

Məhz buna görə də 2013-cü ildə Ermənistan AB ilə assosiativ sazişdən imtina edərək, əvvəlcə Rusiya, Qazaxıstan və Belarusun gömrük ittifaqına, sonra isə Avrasiya İqtisadi Birliyinə üzv olub. Çünki Assosiasiya Sazişi AB ilə azad ticarət zonasının yaradılmasını nəzərdə tutur, Avrasiya İqtisadi Birliyi isə başqa bir azad ticarət zonasına malik iqtisadi ittifaq sayılır.

“Ermənistan AB-yə daxil olmaq arzusunu rəsmən bəyan etdiyi təqdirdə Assosiasiya sazişinin imzalanması ilə bağlı danışıqlar aparmalıdır. Çünki AB-yə üzvlüyə namizəd statusunun əldə edilməsinin yolu bu sazişin imzalanmasından keçir”, – deyə erməni ekspert vurğulayıb.

B.Poqosyanın bildirdiyinə görə, Avropa Birliyi ilə belə bir saziş imzalaya bilmək üçün Ermənistan ilk növbədə Avrasiya İqtisadi Birliyindən çıxmalıdır.

“Aydındır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxdığını rəsmən elan etsə, bu, Rusiyada çox mənfi qarşılanacaq. Bu məsələ Moskva üçün ən həssas və sərt qırmızı xətlərdən biridir. İrəvanın bu addımı Ermənistanın KTMT-dən çıxmasından daha ağrılı qarşılanacaq.

Mən deyərdim ki, Ermənistanın bu hərəkəti Rusiyada Gümrü şəhərində yerləşən 102-ci hərbi baza ilə bağlı müqavilənin birtərəfli ləğv olunması kimi qəbul olunacaq.

Ən azından Rusiya üçün belə bir addım Ermənistanın düşmən dövlətə çevrilməsinə gətirib çıxaracaq. Yəni bununla Ermənistan faktiki olaraq Rusiyaya müharibə elan edir və bunun hansı nəticələrə gətirib çıxara biləcəyi isə aydındır”, – deyə erməni ekspert qeyd edib.

Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər

Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər

Dünya
21 dekabr 2024
Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Dünya
21 dekabr 2024
Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Dünya
21 dekabr 2024
Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Dünya
21 dekabr 2024
Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya
21 dekabr 2024
Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Dünya
21 dekabr 2024
Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Dünya
21 dekabr 2024
Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Dünya
21 dekabr 2024
Ərdoğan Yaxın Şərqlə bağlı dünyaya çağırış etdi | Siz yox, biz qapı açdıq!

Ərdoğan Yaxın Şərqlə bağlı dünyaya çağırış etdi | Siz yox, biz qapı açdıq!

Dünya
20 dekabr 2024
Makron qorxuya düşüb hərəkətə keçdi | Xalqın liderə qarşı nifrəti davam edir

Makron qorxuya düşüb hərəkətə keçdi | Xalqın liderə qarşı nifrəti davam edir

Dünya
20 dekabr 2024
Seçilmişlər
icon