Dünya
Pleyeri seçin:

Ermənistanla razılaşmalar pozulacaq? - Rusiyadan kəskin reaksiya

15 mart 2024

"Bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış müqavilələrə yenidən baxılmasını tələb edir".

Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Avropa Birliyi ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi ilə bağlı Avropa Parlamentinin qətnaməsini şərh edərkən deyib.

"Bir neçə həftə əvvəl Rusiyanın deimperiya, dekolonizasiya və refederalizasiyası, yəni Rusiyanın bir dövlət kimi dağılması üçün Ukraynanın qələbəsinə çağırış edən AP deputatları Ermənistana dəvət göndərir və yaxud onu buna cəlb edirlər. Aydındır ki, onlar Rusiyaya düşmən kimi baxırlar. Ermənistana dəvət İrəvanın AB üçün dəyərli olduğuna görə deyil, Ermənistanın Rusiyadan Qərbə yönləndirilməsini möhkəmləndirmək üçün vəziyyətdən və Paşinyan hakimiyyətinin davranışından istifadə etmək istəyidir. Paşinyan hökuməti bu yolla gedir və bu, Avropa Parlamentinin oyunudur", – o bildirib.

Zatulin əlavə edib ki, bu vəziyyətdə AB Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir:

"Bu yaxınlarda Ermənistanın xarici işlər naziri növbəti dəfə Ermənistanın Avropa istəklərindən danışdı. Bu halda söhbət Ermənistanın və Avropa Parlamentinin oyunundan gedir. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin ilk növbədə Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Rusofobiya zəminində güclənən bu aktlar indiki halda Rusiya-Ermənistan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa hesablanıb".

Öldürülən şəxs kimdir? | İsrail Beyruta ağır zərbə endirdi

Öldürülən şəxs kimdir? | İsrail Beyruta ağır zərbə endirdi

Dünya
20 sentyabr 2024
Zaxarovadan Paşinyanın KTMT ilə bağlı ittihamlarına reaksiya | Bu, həqiqət deyil!

Zaxarovadan Paşinyanın KTMT ilə bağlı ittihamlarına reaksiya | Bu, həqiqət deyil!

Dünya
20 sentyabr 2024
Zaxarova Qərb ölkələrinə od püskürdü | Niyyətləri ifşa edildi

Zaxarova Qərb ölkələrinə od püskürdü | Niyyətləri ifşa edildi

Dünya
20 sentyabr 2024
Cəmi 3 dəqiqə çəkəcək! - Rusiya "Sarmat"la Avropaya hücuma keçir?

Cəmi 3 dəqiqə çəkəcək! - Rusiya "Sarmat"la Avropaya hücuma keçir?

Dünya
20 sentyabr 2024
İsrail-Livan gərginliyi pik həddə | 1000-dən çox raket hazırlandı ki...

İsrail-Livan gərginliyi pik həddə | 1000-dən çox raket hazırlandı ki...

Dünya
20 sentyabr 2024
Kurskda iki yaşayış məntəqəsi Rusiya Ordusunun nəzarətinə keçdi | Cəbhədə gərginlik pik həddə

Kurskda iki yaşayış məntəqəsi Rusiya Ordusunun nəzarətinə keçdi | Cəbhədə gərginlik pik həddə

Dünya
20 sentyabr 2024
Gürcüstanın mübahisəli məsələsi | İvanişvili separatçılardan üzr istəyəcək?

Gürcüstanın mübahisəli məsələsi | İvanişvili separatçılardan üzr istəyəcək?

Dünya
20 sentyabr 2024
Ukrayna uzaqmənzilli silahları işə salır? | Zaxarovadan bütün dünyaya xəbərdarlıq

Ukrayna uzaqmənzilli silahları işə salır? | Zaxarovadan bütün dünyaya xəbərdarlıq

Dünya
20 sentyabr 2024
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə belə qarşılandı

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə belə qarşılandı

Dünya
20 sentyabr 2024
Yeni Kaledoniyadan Fransaya qarşı təcili bəyanat | Ölənlərin sayı açıqlandı

Yeni Kaledoniyadan Fransaya qarşı təcili bəyanat | Ölənlərin sayı açıqlandı

Dünya
20 sentyabr 2024
Seçilmişlər
icon