Fransada boş qazanlarla etiraz keçirilib
Fransada vətəndaşlar Paris küçələrinə boş qazanlarla çıxaraq Prezident Emmanuel Makronun ikinci müddətə ölkə başçısı seçilməsinin ildönümünü özünəməxsus şəkildə qeyd ediblər.
Etirazçılar meriyanın qarşısındakı meydana, eləcə də Paris Teatrının yaxınlığındakı əraziyə toplaşıblar. E.Makronun siyasətindən narazı olan vətəndaşlar “Makrona istefa!” şüarları səsləndiriblər.
Eyni zamanda etirazçılar işgüzar səfərdən qayıdan mədəniyyət nazirini də Lion vağzalında heç də xoş qarşılamayıblar. Nümayişçilər sürət qatarının qarşısını kəsdiyi üçün nazir blokadada qalıb. Daha sonra etirazçılar Paris küçələrində zibil qutularını aşıraraq yandırıblar.
Qeyd edək ki, E.Makrona qarşı Renn, Nant, Bordo, Marsel, Strasburq, Lill və Fransanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb.
#Fransa teqi istifadə olunub
- Fransada hərbçilər xəstəliklə mübarizə tədbirlərinə qoşuldular
- Makrondan Putinlə bağlı sensasiyalı açıqlama
- “Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib
- Xəstəliklə bağlı iribuynuzlu heyvanların kütləvi kəsiminə qərar verilib
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
