Pleyeri seçin:

Girovlarla bağlı danışıqlar yenidən başlaya bilər? | Sinvarın ölümü nə ilə nəticələnəcək?

18 oktyabr 2024 379 baxış

İsmayıl Haniyəni və Məhəmməd Deifi öldürməklə “əlinin hara qədər çata biləcəyini” nümayiş etdirən İsrailin Yəhya Sinvarı öldürəcəyi bəlli idi.

Burada əsas məqam İ.Haniyədən fərqli olaraq Y.Sinvarın xələfi məsələsinin sual altında olmasıdır və bu, Qəzza müharibəsinin gedişini ciddi şəkildə dəyişdirə bilər.

Birincisi, İsrail HƏMAS üzərində qələbəni elan edə bilər. Qəzza daxilində HƏMAS-a liderliyi üzərinə götürəcək nüfuzlu fiqurun olmadığı görünür. İ.Haniyə və Y.Sinvardan sonra qruplaşmada iki əsas lider qalır: Xalid Məşəl və Musa Əbu Mərzuk.

Lakin hər iki şəxs Qəzzada deyil, onların qruplaşmanı kənardan idarə etməsi mümkün olsa da, müharibədə ciddi “qan itirən” HƏMAS-ın müqaviməti böyük ölçüdə davam etdirəcəyi sual altındadır. Bütün bunlar İsrailə “qələbəni” elan etmək imkanı verir.

İkincisi, girovlarla bağlı danışıqlar yenidən başlaya bilər. Girov danışıqları ilə bağlı daha öncə ümidlər yaransa da, İ.Haniyənin yerinə Y.Sinvarın gəlişi maneə yaratdı. Təkcə ona görə yox ki, Y.Sinvar döyüşməyin tərəfdarı idi, həm də İsrail 7 oktyabr hücumunun memarı ilə “danışıqlar masası”nda əyləşmək istəmirdi. İndi İsrailə “qisas aldığını və qələbə qazandığını” nümayiş etdirmək imkanı yaranıb və Benyamin Netanhayu kabineti daxili tələbləri fonunda girovların qaytarılmasına çalışacaq.

HƏMAS daxilində, ümumilikdə Qəzzada da “atəşkəs istəklərinin” çoxalması, o cümlədən Cozef Bayden administrasiyasının seçkilərə qədər “nəticə” əldə etmək istəyi də bu imkanı gücləndirir.

Əsas suallardan biri HƏMAS-ın bundan sonra nə edəcəyi, Qəzzanın taleyinin necə olacağıdır. Bölgəyə sülh gələ və beynəlxalq nəzarət mexanizmlər altında yerli idarəetmə sistemi formalaşa bilər, lakin bu, yalnız İsrailin HƏMAS-ın silahı tamamilə yerə qoyması və qruplaşmanın “faktiki hökuməti”nin ləğv edilməsi şərtlərinin reallaşması fonunda mümkün görünür.

“Girov danışıqlarının” aktuallaşacağı fonunda Qəzzada hadisələrin inkişafına dair müəyyən təxminlər irəli sürmək olar:

– İsrail müqavimət göstərən qruplaşma üzvlərinə qarşı daha çox lokal xarakterli əməliyyatları davam etdirəcək;

– Beynəlxalq müstəvidə Qəzzanın bərpası və idarə edilməsi məsələsinin daxil olduğu sülh danışıqları başlaya bilər;

– HƏMAS-ın yeni liderinin danışıqlara sövq edilməsi işini ABŞ-nin istəyi ilə ərəb ölkələri həyata keçirəcək və alternativ seçim imkanının çox olmaması nəticə əldə etməyi asanlaşdıra bilər.

Bu proseslər fonunda HƏMAS daxilində “atəşkəs” və “döyüş” tərəfdarlarının qarşıdurması da mümkün gözləntilərdən biridir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 379 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 379 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 379 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 379 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 379 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 379 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 379 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 379 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 379 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 379 baxış
Seçilmişlər
icon