Pleyeri seçin:
Gürcüstandan Rusiyaya müntəzəm uçuşlar başlayır
Gürcüstanın “Georgian Airways” aviaşirkəti bu həftə Tbilisi-Moskva-Tbilisi müntəzəm uçuşlarına başlayır. Məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi yayıb.
Bildirilib ki, aviaşirkət mayın 20-dən etibarən həftədə 7 reys həyata keçirmək üçün Mülki Aviasiya Agentliyinə müraciət edib. Qeyd olunub ki, qurum uçuşların həyata keçirilməsi üçün aviaşirkətə zəruri icazəni mayın 16-da verib.
Məlumata görə, Rusiyanın “Iraero” aviaşirkəti isə Moskvadan Batumi və Tbilisi istiqamətlərində uçuşlar həyata keçirmək məqsədilə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə müraciət edib. Aviaşirkət daha əvvəl Gürcüstana uçuşlar həyata keçirməyib.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- Avropa İttifaqı Gürcüstana şərt qoydu
- Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV
- Kavelaşvilidən ölkəsinin gələcəyi ilə bağlı açıqlamalar
- Gürcü politoloqlar mövcud vəziyyəti Baku TV-yə şərh etdi - Baku TV
- Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV
