Pleyeri seçin:

Hamıdan gizlədilən sui-qəsd cəhdləri | Türklər Şaraanı görün necə qorudular

23 iyul 2025 353 baxış

Suriyanın keçid dövrü Prezidenti olan Əhməd əl-Şaraa son yeddi ay ərzində üç sui-qəsd cəhdinin hədəfi olub.

Bu barədə “Yeni Şafak” qəzeti yazır.

İsrailin nüfuzlu “Yedioth Ahronoth” nəşrinin reportajında bildirilir ki, bu sui-qəsdlərdən ən azı biri Türkiyə təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində uğursuzluğa düçar olub.

Mənbələrin məlumatına görə, Şaraaya ilk sui-qəsd paytaxt Dəməşqdə yerləşən Qəsr əş-Şaab sarayının çıxışında baş verib. Şübhəli hərəkətləri müşahidə edən Türkiyə təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək hücum edən şəxsi zərərsizləşdiriblər.

Məqalədə diqqətçəkən bir ifadə yer alıb: “Türklər Şaraanın həyatını xilas etdilər”.

İkinci sui-qəsd cəhdi isə İordaniya ilə sərhəddə yerləşən Dəra vilayətində qeydə alınıb. Əhməd əl-Şaraa bölgəyə səfəri zamanı karvanın hərəkət marşrutu üzərində Suriya və Türkiyə təhlükəsizlik qüvvələri iki şübhəlini saxlayıblar. Hücumun diqqəti yayındırmaq məqsədi daşıyan manevr nəticəsində öncədən qarşısı alınıb. Bu hadisə ictimaiyyətə açıqlanmadan ört-basdır edilib.

Üçüncü və ən təhlükəli sui-qəsd planı Dəməşqdə Şaraanın istifadə etdiyi müəyyən marşrut üzrə silahlı pusqu təşkilini nəzərdə tuturdu. Hücum Türkiyə və yerli kəşfiyyat orqanları tərəfindən son anda aşkar edilərək qarşısı alınıb. Bu insidentdən dərhal sonra Əhməd əl-Şaraanın qəfil şəkildə Dəməşqdən ayrılması ictimaiyyətin diqqətini cəlb edib.

İsrail və ərəb mətbuatı yazır ki, Prezident Şaraa hadisələrlə bağlı ictimaiyyətə heç bir məlumat verilməməsi barədə göstəriş verib.

Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI

Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI

Dünya
07 avqust 2026 353 baxış
Ukrayna iqtisadiyyatı itkilərlə üz-üzədir

Ukrayna iqtisadiyyatı itkilərlə üz-üzədir

Dünya
07 avqust 2026 353 baxış
Ərdoğan Məkkə sazişinin önəmindən danışdı

Ərdoğan Məkkə sazişinin önəmindən danışdı

Dünya
07 avqust 2026 353 baxış
Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib

Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib

Dünya
07 avqust 2026 353 baxış
Şagirdin silahlı hücumu 9 nəfərin həyatına son qoydu

Şagirdin silahlı hücumu 9 nəfərin həyatına son qoydu

Dünya
07 avqust 2026 353 baxış
Stadion və ətraf obyektlərə ziyan dəydi

Stadion və ətraf obyektlərə ziyan dəydi

Dünya
07 avqust 2026 353 baxış
Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Dünya
07 avqust 2026 353 baxış
Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Dünya
07 avqust 2026 353 baxış
Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Dünya
07 avqust 2026 353 baxış
Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Dünya
07 avqust 2026 353 baxış
Seçilmişlər
icon