Pleyeri seçin:

Hanoyun qəlbində azadlıq uğrunda mübarizənin ağrılı izlərini yaşadan həbsxana - Baku TV

20 noyabr 2026 109 baxış

Hanoyun mərkəzində, müasir şəhər həyatının axarında, divarları bir zamanlar ağır iztirablara şahid olmuş tarixi məkan var. Bura Hoa Lo həbsxanasıdır.

Bu gün muzey kimi fəaliyyət göstərən məkan Vyetnamın müstəmləkəçilik dövrünü, azadlıq və müstəqillik uğrunda mübarizəsinin ağrılı səhifələrini yaşadır.

XIX əsrin sonlarında fransız müstəmləkəçiləri tərəfindən inşa edilən həbsxana əsasən siyasi məhbusların saxlanılması üçün nəzərdə tutulmuşdu. Burada Vyetnamın müstəqilliyi uğrunda mübarizə aparan insanlar həbs edilir, ağır şəraitdə saxlanılırdı. Dar kameralar, qandallar, işgəncə vasitələri və məhbusların həyatını əks etdirən eksponatlar həmin dövrün acı reallığını göz önünə gətirir.

Hoa Lo yalnız Fransa müstəmləkəçiliyi dövrünün deyil, Vyetnam müharibəsinin də yaddaş məkanlarından biridir. 1960-1970-ci illərdə burada Şimali Vyetnamda əsir götürülmüş amerikalı hərbi pilotlar saxlanılıb. ABŞ hərbçilərinin “Hanoy Hiltonu” adlandırdığı bu həbsxanada əsir düşənlər arasında sonradan senator olmuş Con Makkeyn də var idi.

Bu gün muzeyin ekspozisiyaları, fotoşəkillər, sənədlər və qorunub saxlanılan tarixi əşyalar ziyarətçilərə Vyetnamın keçmişini fərqli tərəflərdən tanımağa imkan verir. Həbsxananın böyük hissəsi sonradan sökülsə də, qorunan bölməsi tarixin canlı şahidi kimi fəaliyyətini davam etdirir.

Azərbaycan media nümayəndələrinin bu məkana səfəri də Vyetnamın tarixini, xalqın müstəqillik uğrunda mübarizəsini və milli yaddaşında xüsusi yer tutan hadisələri yaxından tanımaq baxımından əhəmiyyətlidir.

Hoa Lo sadəcə keçmiş həbsxana deyil. Bu, Vyetnamın ağrılarını, mübarizəsini və azadlıq uğrunda iradəsini yaşadan tarixdir.

Kopyalandı
Banner
Tehran xəbərdarlıq etdi: İqtisadi blokadanı yarmaq üçün nə edəcək? - Baku TV

Tehran xəbərdarlıq etdi: İqtisadi blokadanı yarmaq üçün nə edəcək? - Baku TV

Dünya
22 noyabr 2026 109 baxış
Rusiyanın yük gəmisi Finlandiya körfəzində hücuma məruz qalıb - Baku TV

Rusiyanın yük gəmisi Finlandiya körfəzində hücuma məruz qalıb - Baku TV

Dünya
22 noyabr 2026 109 baxış
İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV

İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV

Dünya
22 noyabr 2026 109 baxış
İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV CANLI

İran ABŞ-yə məxsus PUA-nın vurulması barədə məlumat yayıb - Baku TV CANLI

Dünya
21 noyabr 2026 109 baxış
Yeni müharibə və iqtisadi risklər böyük fəlakətdən xəbər verir? - AKTUAL GÜNDƏM

Yeni müharibə və iqtisadi risklər böyük fəlakətdən xəbər verir? - AKTUAL GÜNDƏM

Dünya
21 noyabr 2026 109 baxış
Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olmaqdan imtina etdi

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olmaqdan imtina etdi

Dünya
21 noyabr 2026 109 baxış
İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

Dünya
21 noyabr 2026 109 baxış
Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Dünya
21 noyabr 2026 109 baxış
ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

Dünya
21 noyabr 2026 109 baxış
Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Dünya
21 noyabr 2026 109 baxış
Seçilmişlər
icon