Harada olsa da, Pezeşkianı... | İstefa verən Cavad Zərifdən etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
İranın sabiq xarici işlər naziri və 14-cü hökumətdə strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsinə yenicə təyin olunan Məhəmməd Cavad Zərif istefasının ardından bu gün “X” hesabında paylaşım edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Paylaşımda deyilir: “Bir neçə dəqiqə öncə möhtərəm prezident Məsud Pezeşkian mənə zəng edib təşəkkürlərini çatdırdı və səmimi söhbət etdik. O, İran üçün fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da, həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəyəm”.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib və bundan sonra fəaliyyətini universitetlərdən birində davam etdirəcəyini bildirib.
#İran teqi istifadə olunub
- Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
