Pleyeri seçin:

Hava şəraiti səbəbindən su hövzələrində 7 nəfər boğularaq ölüb

29 iyun 2026 36 baxış

Böyük Britaniyada rekord isti hava şəraiti ilə bağlı son bir həftə ərzində yeddi nəfər boğularaq həyatını itirib.

"The Sunday Mirror" qəzetinin məlumatına görə, həftəsonu baş verən son hadisələrdə 15 yaşlı yeniyetmə və 55 yaşlı qadın ölüb. Yeniyetmə Böyük Mançester qraflığındakı Kouberi su anbarına girdikdən sonra itkin düşüb. Daha sonra polis onun meyitini aşkar edib və açıq su hövzələrində çimməyin təhlükələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Həmin gün 55 yaşlı qadın isə Qərbi Midlend qraflığında yerləşən kənd parkındakı hovuzda çimərkən boğulub. Son günlər göllərdə, çaylarda və dənizdə sərinləmək istəyən daha iki yeniyetmə 13 və 15 yaşlı uşaqlar, həmçinin yaşı 22 ilə 69 arasında dəyişən üç kişi də boğularaq ölüb.

Mütəxəssislərin fikrincə, faciələrin əsas səbəbi yüksək hava temperaturu ilə hələ də soyuq qalan su arasındakı kəskin fərqdən yaranan şokdur. Belə hallarda damarlarda spazm və ya əzələ qıcolmaları baş verə bilər ki, bu da insanın suda nəzarəti itirməsinə səbəb olur.

Son günlər Böyük Britaniyada hava temperaturu iyun ayı üçün tarixi rekord qıraraq 37,3 dərəcəyə çatıb. Buna baxmayaraq, su hövzələri hələ kifayət qədər isinməyib. Məsələn, yeniyetmənin boğulduğu Kouberi su anbarında suyun temperaturu cəmi 13,6-15 dərəcə olub. İngiltərə və Uels sahillərində dəniz suyunun temperaturu da təxminən eyni səviyyədə qalıb.

İnsanlar niyə onlardan gələn siqnalları anlaya bilmir?

İnsanlar niyə onlardan gələn siqnalları anlaya bilmir?

Dünya
30 iyun 2026 36 baxış
İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI

İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI

Dünya
30 iyun 2026 36 baxış
Silahlı hücum nəticəsində 6 nəfər ölüb

Silahlı hücum nəticəsində 6 nəfər ölüb

Dünya
30 iyun 2026 36 baxış
Üç körpü, sursat anbarı və idarəetmə məntəqələri vuruldu

Üç körpü, sursat anbarı və idarəetmə məntəqələri vuruldu

Dünya
30 iyun 2026 36 baxış
"İsrail buna mane olmamalıdır" | Livan Prezidenti

"İsrail buna mane olmamalıdır" | Livan Prezidenti

Dünya
30 iyun 2026 36 baxış
Sakinlər evlərin damlarına çıxaraq təhlükəsiz yerə sığınıblar

Sakinlər evlərin damlarına çıxaraq təhlükəsiz yerə sığınıblar

Dünya
30 iyun 2026 36 baxış
Minlərlə kilometr yol qət etmələrinin sirli səbəbləri aşkarlanıb

Minlərlə kilometr yol qət etmələrinin sirli səbəbləri aşkarlanıb

Dünya
30 iyun 2026 36 baxış
Parlament binası qarşısında polislə toqquşmalar yaşanıb

Parlament binası qarşısında polislə toqquşmalar yaşanıb

Dünya
30 iyun 2026 36 baxış
Boğazın minalardan təmizlənməsi əməliyyatlarına qoşulacaqlar

Boğazın minalardan təmizlənməsi əməliyyatlarına qoşulacaqlar

Dünya
30 iyun 2026 36 baxış
Ciddi xəstəliklərin yaranma riski artır

Ciddi xəstəliklərin yaranma riski artır

Dünya
30 iyun 2026 36 baxış
Seçilmişlər
icon