Hindistan bu qadınların qisasını aldı? - "Sindur" əməliyyatının pərdəarxası
Hindistan Pakistan ərazilərini bombalayıb. Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda 9 hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib.
Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
Maraqlıdır, Hindistan rəsmiləri qonşu ölkəyə hücum əməliyyatı üçün niyə belə bir ad seçiblər?
"Sindur" (Sindoor) qırmızı rəngdə olan xüsusi tozdur. Ondan evli hindistanlı qadınlar saçlarını ayırarkən başlarının alına yaxın nahiyəsinə və alınlarının tən ortasına nöqtə kimi vuraraq istifadə edirlər. Hindistan Silahlı Qüvvələri hərbi əməliyyata Pahalqam terrorunda ərlərini itirən yerli qadınların şərəfinə bu adı qoyub. Hansı ki terror aktı zamanı 26 nəfər ölüb.
#Hindistan teqi istifadə olunub
- Hindistanda daşqın və torpaq sürüşməsi həyatı iflic etdi | Ölənlər var - Baku TV
- Hindistan və Körfəz turistləri Azərbaycandan üz döndərir: Əsas səbəb nədir? - AKTUAL GÜNDƏM
- Hindistanda axtarış-xilasetmə işləri davam edir
- Hindistanda 655 mindən çox insan təbii fəlakətdən zərər çəkib
- Təqdimetmə mərasimində Narendra Modi iştirak edib
