ABŞ və İsrail birgə İrana hücum edəcək?
ABŞ İranı “başından kəsmək” məqsədilə ölkənin ali rəhbəri Əli Xameneiyə qarşı sui-qəsd variantını nəzərdən keçirir.
Bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın müşavirləri İranın bombardman ediləcəyinə inanırlar.
Nəşrin mənbəsi bildirib ki, ABŞ Tehranın nüvə obyektlərinə hücum variantını da nəzərdən keçirir.
Tramp administrasiyasına yaxın şəxslər hesab edirlər ki, ABŞ üçün daha əlverişlisi ilk zərbəni İsrailin endirməsi olardı: “İsrailin mümkün hücumu cavab reaksiya yaradacaq, bu da ABŞ-yə konfliktə qoşulmaq üçün əsas verəcək”.
Rəsmilərin sözlərinə görə, İran Vaşinqtonun müttəfiqinə güc tətbiq etsə, ABŞ vətəndaşları daha fəal şəkildə mümkün hərbi əməliyyatları dəstəkləyəcək. Bununla belə, mənbələr qeyd edib ki, ən ehtimal olunan ssenari ABŞ və İsrailin birgə hücumudur.
#ABŞ teqi istifadə olunub
- ABŞ-nin Çinə qarşı yeni hərbi addımları nəyi dəyişəcək? - Baku TV CANLI
- Kuba sahillərində baş vermiş insidentdə ABŞ-nin rolu
- Tehranın ABŞ ilə bağlı narahatlığının səbəbi nədir?
- Yaxın Şərqdə müharibə ehtimalı yenidən yüksəldi! | Savaş başlasa da, Türkiyə də... - Baku TV
- Vaşinqtonda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib - Baku TV
