Pleyeri seçin:

III Dünya müharibəsi, yaxud nüvə savaşı hansı halda başlaya bilər?

28 oktyabr 2025 268 baxış

“Yeni sanksiyalar Moskvanı incidəcək. Amma sülhə nail olmaq üçün Kiyevin “Tomahawk” raketlərinə ehtiyacı var”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Qeyd edək ki, bu, sözügedən raketlərlə bağlı ilk açıqlama deyil. Oktyabrda raketlərin tədarükü ilə bağlı qızğın müzakirələr gedir.

Rusiya da nüvə başlığı daşımaq gücündə olan və kabus adlandırılan uzaqmənzilli raketlərin Ukraynaya verilməsindən narahatdır. Rusiya Prezidenti Vladimir Putin bunun baş verəcəyi təqdirdə ABŞ ilə münasibətlərin pozulacağını bildirib.

Həm də Kreml rəsmən açıqlayıb ki, Ukraynanın istifadə etdiyi uzaqmənzilli raketlərin hazırlandığı ölkələr də Rusiyanın qanuni hədəfinə çevriləcək. Belə olan halda isə III Dünya müharibəsi, nüvə savaşı təhdidi artır.

Zelenskinin israrına baxmayaraq, ABŞ-nin bu raketləri Ukraynaya verməməsi də bu səbəbdən ola bilər. Çünki sülhməramlı Prezident kimi tanınan Ağ Ev rəhbəri Tramp III Dünya müharibəsinə səbəb olmaq istəmir.

Bütün bunların fonunda, Zelenski dəstək üçün Avropaya üz tutub. Avropa liderləri ilə görüşü zamanı Ukraynada sülhü müzakirə edib. Adətən əsas müzakirə Ukraynaya yardım fonunda Rusiyaya təzyiqləri artırmaq ətrafında aparılırdısa, Zelenski bu dəfə daha çox atəşkəsi qabardıb.

İstanbul danışıqlarından sonra atəşkəs Alyaskada müzakirə olunub. Lakin Putinlə Tramp arasında razılaşdırılan bəzi məsələlər Kiyevdə qəbuledilməz adlandırılıb.

Növbəti sülh sammitinin Budapeştdə keçirilməsi planlaşdırılsa da, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ağ Ev və Kreml rəhbərlərinin görüşü barədə razılığa gələ bilməyiblər.

"Mən buna imkan verməyəcəyəm" | Trampdan sensasiyalı açıqlama

"Mən buna imkan verməyəcəyəm" | Trampdan sensasiyalı açıqlama

Dünya
12 yanvar 2026 268 baxış
"Qərbin diplomatik vədləri Liviyada fəlakətə səbəb oldu" | Aişə Qəddafi

"Qərbin diplomatik vədləri Liviyada fəlakətə səbəb oldu" | Aişə Qəddafi

Dünya
12 yanvar 2026 268 baxış
ABŞ və İsrail Yaxın Şərqdəki strateji hədəflərində hələ də israrlıdır | Türkiyə portalı

ABŞ və İsrail Yaxın Şərqdəki strateji hədəflərində hələ də israrlıdır | Türkiyə portalı

Dünya
12 yanvar 2026 268 baxış
İranda yer yerindən oynayır | Etirazçılar bu şəxsdən görün necə qisas aldılar - Baku TV

İranda yer yerindən oynayır | Etirazçılar bu şəxsdən görün necə qisas aldılar - Baku TV

Dünya
12 yanvar 2026 268 baxış
KTMT üzvlərinin xarici siyasət maraqları üst-üstə düşmür | Ekspertdən açıqlama

KTMT üzvlərinin xarici siyasət maraqları üst-üstə düşmür | Ekspertdən açıqlama

Dünya
12 yanvar 2026 268 baxış
Pezeşkian hakimiyyətə dəstək mitinqində iştirak etdi - ANA XƏBƏR

Pezeşkian hakimiyyətə dəstək mitinqində iştirak etdi - ANA XƏBƏR

Dünya
12 yanvar 2026 268 baxış
Rusiya buranı nəzarətə götürdü | Ukrayna Ordusunun qisas cəhdi necə nəticələndi? - Baku TV

Rusiya buranı nəzarətə götürdü | Ukrayna Ordusunun qisas cəhdi necə nəticələndi? - Baku TV

Dünya
12 yanvar 2026 268 baxış
Gələcəkdə Qərb və ABŞ hansı sistemlə idarə olunacaq?

Gələcəkdə Qərb və ABŞ hansı sistemlə idarə olunacaq?

Dünya
12 yanvar 2026 268 baxış
İranda iğtişaşlara qarşı kütləvi aksiya | Molla rejiminin tərəfini kimlər saxladı? - Baku TV CANLI

İranda iğtişaşlara qarşı kütləvi aksiya | Molla rejiminin tərəfini kimlər saxladı? - Baku TV CANLI

Dünya
12 yanvar 2026 268 baxış
ABŞ Prezidenti İrandakı iğtişaşlarla bağlı addımları müzakirə edir - Baku TV CANLI

ABŞ Prezidenti İrandakı iğtişaşlarla bağlı addımları müzakirə edir - Baku TV CANLI

Dünya
12 yanvar 2026 268 baxış
Seçilmişlər
icon