İki ölkə arasında atəşkəs elan olundu? | Trampdan mühüm paylaşım
Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəs barədə razılığa gəliblər.
ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb.
“ABŞ-nin vasitəçiliyi ilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam”, – deyə o qeyd edib.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.
“Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər. Pakistan həmişə öz suverenliyi və ərazi bütövlüyünə xələl gətirmədən regionda sülh və təhlükəsizliyə çalışıb”, – deyə İ.Dar sosial şəbəkə hesabında yazıb.
Hindistan da öz növbəsində Pakistan ilə hərbi əməliyyatların dayandırılmasını və atəşkəsi təsdiqləyib.
“Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb”, – Dehlidən vurğulayıblar.
#ABŞ teqi istifadə olunub
- Ermənistandan Rusiyanın TRIPP-ə qoşulmasına sərt reaksiya
- Dünyanı dəhşətli münaqişələr gözləyir? - Trampdan 2 ölkə ilə bağlı sensasiyalı mesaj - Baku TV
- Dollar daha da ucuzlaşsa, dünyaya necə təsir edəcək? - ABŞ-də fikir ayrılığı - Baku TV
- İki ölkə İrana hücuma hazırlaşır – “Walla News”
- "Amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər" | ABŞ-nin şərti... - Baku TV
