İnsanlar xəstəxanalıq oldu | Arıların hücumu qorxulu anlara səbəb oldu
Fransada arı sürüsü 20-dən çox insanı sancıb. Yüzlərlə arı qəfildən yoldan keçənlərə hücum edib.
Nəticədə 24 nəfər xəsarət alıb, üç nəfərin vəziyyəti ağırdır. Hücum bir neçə dəqiqə davam edib.
Hadisə yerli sakinlər arasında əsl şok effekti yaradıb. Hazırda zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Paris Arıçılıq Məktəbinin əməkdaşı Valid Loulidinin dediyinə görə, adətən arılar özlərini müdafiə edir və səbəbsiz yerə hücum etmirlər. Bu dəfə isə fərqli mənzərə yaşanıb.
Mütəxəssis qeyd edir ki, aqressiyaya naməlum qıcıqlandırıcı və ya arı cinsinin dəyişməsi səbəb ola bilərdi. Ənənəvi fransız qara arı məhsuldarlığı artırmaq üçün xaricdən gətirilən cinslərlə qarışdırılır. Bu da öz növbəsində bəzən davranışda arzuolunmaz dəyişikliklərə gətirib çıxarır.
#Fransa teqi istifadə olunub
- Xəstəliklə bağlı iribuynuzlu heyvanların kütləvi kəsiminə qərar verilib
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
- Rusiyadan Ukraynaya növbəti hücum | Sənaye mərkəzi vuruldu - Baku TV
- Makrondan Zelenskiyə ABŞ ilə bağlı xəbərdarlıq - 24 SAAT
- Makron Pekinə böyük nümayəndə heyəti ilə yollanıb
