İran ABŞ-dəki seçkilərə müdaxilə edir? - Qalmaqallı açıqlama
ABŞ İranı yenə ittiham edib. Bu dəfə ölkə Tehranı seçki qərargahına kiberhücum etməkdə günahlandırıb.
“The Washington Post”un məlumatına görə, İranla əlaqəsi olan xarici hakerlər ABŞ-də prezidentliyə namizəd Respublikaçı Donald Trampın seçki qərargahına kiberhücum etməyə cəhd ediblər.
Bildirilib ki, onlar həm də ABŞ Prezidenti Cozef Baydenin seçki qərargahına da kiberhücum etməyə çalışıblar. Qeyd olunub ki, C.Bayden kampaniyasının üç əməkdaşı yarışı tərk etməzdən əvvəl elektron ünvan vasitəsilə aldadıcı məktub alıblar.
Müəllifin sözlərinə görə, ABŞ Federal Təhqiqat Bürosu da həmçinin “iki seçki qərargahından məlumat oğurlamaq cəhdlərinin arxasında İranın dayandığına” inanır. “Amma bu cəhdlər uğurlu olmayıb”, – deyə seçki qərargahından bildirilib.
Eyni zamanda hakerlər D.Trampın keçmiş müşaviri Rocer Stounun “respublikaçıların seçki qərargahı ilə rəsmi əlaqəsi olmayan” e-poçt yazışmalarına da giriş əldə edərək onu manipulyasiya etməyə cəhd ediblər.