Pleyeri seçin:

İran İsrailə yenidən güclü zərbələr endirdi | Dünya müharibə astanasında

23 iyun 2025 436 baxış

İran və İsrailə növbəti dəfə raketlər yağdı, gərginlik pik həddə çatdı.

İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə ABŞ-nin endirdiyi hava zərbələrindən sonra Tehranın cavabı gecikmədi. İran ard-arda iki mərhələdə ümumilikdə 27 raket ataraq İsrailin Ben Qurion Hava Limanı, elmi-tədqiqat mərkəzləri və komanda qərargahlarını hədəfə aldı. Təl-Əviv, Hayfa, Qüds və digər şəhərlərdə hava hücumu siqnalları verildi, milyonlarla insan sığınacaqlara qaçdı.

İranın Qızıl Aypara Cəmiyyəti ABŞ-nin nüvə obyektlərinə zərbəsi nəticəsində ölən olmadığını açıqlasa da, İsrail tərəfi ən azı 20 yaralının olduğunu bildirib və təcili şəkildə cavab zərbələrinə keçib. Hədəf İranın qərbindəki hərbi obyektlər olub.

ABŞ Prezidenti Donald Tramp bəyan edir ki, İranın uranı zənginləşdirən obyektləri tamamilə məhv edilib:

“Bütün dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib. İndi İran sülh bağlamalıdır. Əgər sülh gəlməsə, İranın digər hədəflərini də dəqiq və sürətlə məhv edəcəyik”.

İranın xarici işlər naziri Abbas Ərağçi isə ABŞ-nin hücumlarını beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. O, rəsmi Vaşinqtonun diplomatiyanı məhv etdiyini və indi İrana qarşı təhlükəli müharibə apardığını bildirib:

“ABŞ İsfahan, Natanz və Fordoda İranın mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub. ABŞ, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozaraq, İranın dinc nüvə obyektlərinə hücum edib. Bu gün səhər baş verən hadisələr olduqca hiddətləndiricidir və uzunmüddətli nəticələrə səbəb olacaq”.

 

Türkiyə və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

Türkiyə və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

Dünya
15 aprel 2026 436 baxış
Türkiyədə məktəbə silahlı hücum: Ölən və yaralananlar var - ANA XƏBƏR

Türkiyədə məktəbə silahlı hücum: Ölən və yaralananlar var - ANA XƏBƏR

Dünya
15 aprel 2026 436 baxış
"5 silahla girib..." - Dəhşətə gətirən anlar | Məktəbə silahlı hücum edildi | Türkiyə - Baku TV

"5 silahla girib..." - Dəhşətə gətirən anlar | Məktəbə silahlı hücum edildi | Türkiyə - Baku TV

Dünya
15 aprel 2026 436 baxış
Tramp Orbanın məğlub olmasına necə münasibət bildirdi?

Tramp Orbanın məğlub olmasına necə münasibət bildirdi?

Dünya
15 aprel 2026 436 baxış
Yaxın Şərqdə ABŞ-nin bahalı hərbi pilotsuz uçuş aparatı ilə bağlı diqqətçəkən hadisə

Yaxın Şərqdə ABŞ-nin bahalı hərbi pilotsuz uçuş aparatı ilə bağlı diqqətçəkən hadisə

Dünya
15 aprel 2026 436 baxış
Rusiyalı oliqarx: “Ermənistandakı seçkilərdə qələbəmə əminəm”

Rusiyalı oliqarx: “Ermənistandakı seçkilərdə qələbəmə əminəm”

Dünya
15 aprel 2026 436 baxış
Ukraynanın 3 vilayəti vuruldu | Ölən və yaralananlar var - Baku TV CANLI

Ukraynanın 3 vilayəti vuruldu | Ölən və yaralananlar var - Baku TV CANLI

Dünya
15 aprel 2026 436 baxış
Rubinyandan seçki rüşvətinin paylanması məsələsinə münasibət

Rubinyandan seçki rüşvətinin paylanması məsələsinə münasibət

Dünya
15 aprel 2026 436 baxış
Avropa ölkələrinin Hörmüz boğazı ilə bağlı planı

Avropa ölkələrinin Hörmüz boğazı ilə bağlı planı

Dünya
15 aprel 2026 436 baxış
ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa etdi

ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa etdi

Dünya
15 aprel 2026 436 baxış
Seçilmişlər
icon