Dünya
Pleyeri seçin:

İran Prezidentindən konsulluğa hücumla bağlı ultimatum

02 aprel 2024

“İsrailin İranın Dəməşqdəki konsulluğuna aviazərbələri cavabsız qalmayacaq”.

Bunu İran Prezidenti İbrahim Rəisi deyib.

Bildirib ki, konsulluğa raket hücumu nəticəsində briqada generalları olan Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü həlak olub. İbrahim Rəisinin sözlərinə görə, İsrail bu cür hərəkətlərlə heç vaxt öz məqsədlərinə nail ola bilməyəcək.

Ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə hadisəyə görə ABŞ-ni günahlandırıb və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. O qeyd edib ki, Dəməşqdəki hücumla əlaqədar İsveçrənin İrandakı səfirliyinin diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb və onun vasitəsilə “İsrail tərəfdarı ABŞ hökumətinə” mesaj ötürülüb. Bildirilib ki, rəsmi Vaşinqton bu hərəkətə görə məsuliyyətə cəlb olunmalıdır.

Suriyada baş verən hadisəyə rəsmi Moskvadan da reaksiya gecikməyib. Rusiyanın tələbi ilə sözügedən məsələ ilə bağlı aprelin 2-si Bakı vaxtı ilə 23:00-da BMT Təhlükəsizlik Şurasında iclas keçiriləcək.

İsrail Müdafiə Qüvvələri isə öz növbəsində zərbə ilə bağlı xəbərləri şərh etməkdən boyun qaçırıb. Bununla yanaşı, ölkə öz ərazisində, eləcə də bütün dünyada diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirlərini gücləndirilib.

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə İran konsulluğunun binasını raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub.

Bu ittiham Türkiyə və Fransa arasında gərginlik yaratdı

Bu ittiham Türkiyə və Fransa arasında gərginlik yaratdı

Dünya
04 may 2024
Ukraynadakı müharibəyə son qoymağın yolları | Borrelldən açıqlama

Ukraynadakı müharibəyə son qoymağın yolları | Borrelldən açıqlama

Dünya
04 may 2024
Gürcüstanda xalq küçələrə axışdı | Nəqliyyatın hərəkəti iflic oldu

Gürcüstanda xalq küçələrə axışdı | Nəqliyyatın hərəkəti iflic oldu

Dünya
04 may 2024
Vaşinqtonun siyasi oyunlarına mane olan səbəb | Vəziyyət gərginləşir

Vaşinqtonun siyasi oyunlarına mane olan səbəb | Vəziyyət gərginləşir

Dünya
04 may 2024
Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

Dünya
03 may 2024
Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq

Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq

Dünya
03 may 2024
Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

Dünya
03 may 2024
Ukraynadan Rusiya şəhərinə dron hücumu | Güclü yanğın başladı

Ukraynadan Rusiya şəhərinə dron hücumu | Güclü yanğın başladı

Dünya
03 may 2024
Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım

Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım

Dünya
03 may 2024
Rusiya sərhədində gərgin anlar | Tacikistan nota verdi

Rusiya sərhədində gərgin anlar | Tacikistan nota verdi

Dünya
03 may 2024
Seçilmişlər
icon