Pleyeri seçin:

İrana qarşı sanksiyaların müddəti daha bir il artırıldı

07 noyabr 2025 123 baxış

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib.

Bu barədə ABŞ liderinin bəyanatında deyilir.

Tramp vurğulayıb ki, ABŞ-nin İranla münasibətləri hələ normallaşmayıb, amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.

Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.

14 noyabr 1979-cu ildə ABŞ-nin 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 saylı İcra Sərəncamı imzalayıb.

ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dəki bütün rəsmi aktivlərini, o cümlədən Amerika banklarındakı hesablarını dondurmaq əmri verilib. Bu faktiki olaraq İrana qarşı ilk cəza iqtisadi tədbirlərinin tətbiqi ilə əlamətdar olub.

1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-nin İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan edib. Bundan sonra İrandan ABŞ-yə bütün idxal mallarına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub.

Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Dünya
06 dekabr 2025 123 baxış
Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Dünya
06 dekabr 2025 123 baxış
Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Dünya
06 dekabr 2025 123 baxış
Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Dünya
06 dekabr 2025 123 baxış
ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

Dünya
06 dekabr 2025 123 baxış
Tramp Milad bayramında Qəzzadakı uşaqları sevindirəcək? - Baku TV

Tramp Milad bayramında Qəzzadakı uşaqları sevindirəcək? - Baku TV

Dünya
06 dekabr 2025 123 baxış
Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Dünya
06 dekabr 2025 123 baxış
Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Dünya
06 dekabr 2025 123 baxış
Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Dünya
05 dekabr 2025 123 baxış
Qəzzada ölənlərin sayı 70 mini ötüb

Qəzzada ölənlərin sayı 70 mini ötüb

Dünya
05 dekabr 2025 123 baxış
Seçilmişlər
icon