İrandan İsrailə sərt xəbərdarlıq | Bölgədə gərginlik artır? - Baku TV
ABŞ lideri Donald Tramp tərəfindən müharibənin başa çatdığının elan olunmasından sonra İsrail Ordusu Livanın cənubunda atəşkəsi 84 dəfə pozub və dinc sakinlər qətlə yetirilib.
Bu barədə İranın Xatəm əl-Ənbiya Hərbi Komandanlığının məlumatında bildirilib.
“Əgər İsrail Ordusu Livanın cənubuna hücumları dayandırmasa, İran sərt cavab verəcək”, – deyə komandanlıq xəbərdarlıq edib.
Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp ABŞ və İranın müqavilə bağladığını iyunun 15-də açıqlayıb. Eyni gündə Pakistanın Baş naziri Şahbaz Şərif iki ölkə arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
Bu arada, Qətər ABŞ və İran arasında iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir. Bunu Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani deyib.
“Ümid edirəm ki, qarşıdan gələn görüş dialoq və əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq”, – deyə o bildirib.
Qətər Əmiri ABŞ və İran arasında memorandum barədə razılaşmanı yüksək qiymətləndirib. “Donald Trampa, Pakistana və bütün tərəfdaşlara minnətdarlığımızı bildiririk”, – deyə o əlavə edib.
#Donald Tramp teqi istifadə olunub
- Ağ Ev nümayəndəsi yayılan xəbərlərə aydınlıq gətirdi
- Ukraynanın taleyinə G7 sammitində aydınlıq gələcək? | Gözləntilər və atılacaq addımlar - Baku TV
- “Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp
- Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI
- ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir
