İranın ABŞ ilə münasibətlərindəki problemlər müzakirə olunur
İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Bizim ABŞ ilə problemimiz ondan ibarətdir ki, hər dəfə danışıqlar masasına gəldiyimizdə, dərhal bizə müharibə elan edilir", – deyə İran Prezidenti bildirib.
Məsud Pezeşkian əlavə edib ki, ölkəni hücum və sanksiyalarla təhdid edən Vaşinqtonla danışıqlar aparmaq mənasızdır.
Onun sözlərinə görə, ABŞ indiyədək danışıqlar zamanı üç dəfə İrana hücum edib.
"Məqsədləri İran İslam Respublikası quruluşunu devirməkdir. ABŞ-nin quruluşu devirmək məqsədilə İrana hücumu xalqımızın daha da həmrəy olmasına səbəb olub və Allahın izni ilə bu mərhələdən də başıuca keçəcəyik", – deyə M.Pezeşkian fikrini bu cür yekunlaşdırıb.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi
- Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb
- İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar bərpa edilir? - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik pik həddə çatıb
- İranla baş verən gərginlik ABŞ-ni çıxılmaz vəziyyətdə qoyub? - Baku TV CANLI
