İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq | ABŞ-nin hərbi naziri
“Bu cür əməliyyatlar insan itkisi olmadan baş vermir. Daha çox insan itkisi də olacaq”.
Bunu CBS telekanalına ABŞ-nin hərbi naziri Pit Heqset deyib.
“Mən itkilərin nə olduğunu yaxşı bilirəm. Bu bizi zəiflətmir, əksinə, müharibəni bitirmək əzmini daha da gücləndirir”, – nazir əlavə edib.
P.Heqset həmçinin vurğulayıb ki, İranın sonda təslim olmaqdan başqa çarəsi qalmayacaq:
“Biz mübarizəyə yeni başlamışıq, zirvəyə doğru yüksəlirik. Beləliklə, əgər iranlılar kimin qalib gələcəyini nəzərə almayıblarsa, sonda Prezident Trampın bu müharibədə nə qədər qətiyyətli olduğunu anlamağa başlayacaqlar”.
İrandakı silahlı kürdlərdən yardım istəyib-istəməyəcəkləri barədə sualı cavablandıran nazir vurğulayıb ki, bu onlardan asılıdır: “Amma hazırda bu bizim missiyamızın əhatə dairəsinə daxil deyil”.
#ABŞ teqi istifadə olunub
- “Xarici qüvvələrin yeri yalnız bu suların dibində ola bilər” | Müctəba Xamenei
- İrana qarşı təzyiq sistemi: İqtisadi zərbə, daxili sabitsizlik, hərbi təhlükə - AKTUAL GÜNDƏM
- Rusiya və ABŞ liderlərinin diqqətçəkən telefon danışığı
- Pentaqon rəhbərindən İran münaqişəsi ilə bağlı mühüm açıqlama - Baku TV
- Rusiya və ABŞ lideri arasında telefon danışığı olub
