İranın yeni qonşuluq siyasəti regiondakı hesabları dəyişə bilər - Baku TV
“Güc dilində danışmaq heç bir nəticə vermir. Biz regionda dialoq və mehriban qonşuluq siyasətinə üstünlük veririk”.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
İran Prezidenti Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrlə münasibətlərin yeni səviyyəyə qaldırılması üçün əlverişli zəmin yarandığını bildirib:
“Hazırda başda Azərbaycan olmaqla, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir və Türkmənistanla əlaqələrimizi yeni səviyyəyə qaldırmaq və mühüm sazişlər imzalamaq üçün tamamilə əlverişli zəmin yaranıb”.
Pezeşkian ABŞ-nin müəyyən öhdəlikləri yerinə yetirməsi halında İranın Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu da qeyd edib:
“Əgər ABŞ İslamabad memorandumunda götürdüyü öhdəlikləri yerinə yetirərsə, biz Hörmüz boğazını gəmilərin hərəkəti üçün açmağa hazırıq. Lakin bunun üçün Vaşinqton dəniz blokadasına son qoymalı, sanksiyaları ləğv etməli və İrana məxsus dondurulmuş vəsaitləri sərbəst buraxmalıdır”.
İran Prezidenti regional sabitliyin təmin olunması üçün İsrailin Livandakı hücumlarını dayandırmasının vacib olduğunu vurğulayıb:
“Regional sabitlik üçün İsrailin Livandakı hücumlarını dayandırması şərtdir. Omanla əldə etdiyimiz razılaşmaya əsasən, gəmiçilik xətlərinin bərpası yalnız bizim müəyyən etdiyimiz tənzimləmə çərçivəsində baş tutacaq”.
#İran teqi istifadə olunub
- İranda enerji böhranı: Dövlət qurumları bağlanır? - Baku TV CANLI
- Dövlət qurumları bağlana bilər
- İranda ticarət əməliyyatlarının azalması iqtisadi vəziyyəti daha da çətinləşdirir - Baku TV
- ABŞ sanksiyaları və liman məhdudiyyətləri İranın xarici ticarətini 35 faiz azaldıb - Baku TV CANLI
- Hörmüz düyünü açılmağa yaxınlaşır, yoxsa yeni qarşıdurma başlayır? - Baku TV CANLI
