İranlı müxaliflərin İsrailə hücuma reaksiyası | Pullar göyə sovruldu
“İranlılar aprelin 13-dən 14-nə keçən gecə İranın yüzlərlə PUA və raketlərlə İsrailə hücum cəhdini uğursuz hesab edir. Müstəqil və müxalif media fəalları, şərhçilər və siyasilərin fikrincə, Tehran rejiminin addımı onun İsrail ilə bağlı 45 illik təbliğat və iddialarına uyğun deyil”.
Bu qəbildən olan bəyanatlardan birini İranın keçmiş şahının oğlu Rza Pəhləvi səsləndirib.
O, hakimiyyətin yüz milyardlarla dollar hesabına başa gələn raket proqramının iflasa uğradığını deyib.
Rza Pəhləvi hesab edir ki, xalqın büdcəsindən hərbi layihələrə ayrılan pullar göyə sovrulub.
Müxaliflər Dəməşqdə öldürülən SEPAH komandirlərinin qisası ilə bağlı molla rejiminin təhdidlərinin boşa çıxdığı qənaətindədirlər. Hesab edilir ki, hakimiyyətin son addımı ölkə və hakimiyyət daxilində radikal qrupları razı salmaq üçün və daxili auditoriyaya hesablanmış addımdır. Onlar Tehranın sadəcə İsrailə qisas hücumunu simulyasiya etdiyini bildirirlər.
Qeyd edirlər ki, İsrailə hücumun simulyasiyası beynəlxalq aləmdə molla rejiminin daha çox sıxışdırılması və sanksiyaların genişləndirilməsi ilə nəticələnəcək.
#Raket hücumu teqi istifadə olunub
- Rostovda dron istehsalı zavoduna raketlə zərbə endirilib - Baku TV CANLI
- Sensasiya: Venesuela hədəfə alındı | Yüzlərlə raket işə salındı! - Baku TV
- Rusiya Ukraynaya raketlərlə zərbələr endirdi | Binalar darmadağın edildi - Baku TV
- Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI
- Ukrayna şəhərlərində kabus dolu anlar | Rusiya Ordusu hücumda
