Pleyeri seçin:

İrəvan-Aİ əlaqələri Moskva ilə münasibətləri pisləşdirir?

27 may 2026 50 baxış

Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında qaz tədarükü ilə bağlı sazişi dayandıra və ya birtərəfli qaydada ləğv edə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.

“Kommersant” qəzetinin məlumatına görə, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun adından Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə məktub ünvanlanıb.

Məktubda qeyd olunub ki, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı addımlar və Aİ-yə üzvlük istəyi Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyəsini təhlükə altına qoyur.

“Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istiqamətində davam edən praktiki addımları və Aİ-yə qoşulmaq niyyəti Rusiya-Ermənistan iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən ikitərəfli beynəlxalq sazişlərin gələcəyini sual altına qoyur”, – deyə məktubda qeyd edilib.

Bildirilir ki, söhbət Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair razılaşmalardan gedir.

Rusiya Energetika Nazirliyi, eləcə də Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı şərh verməyib.


Cənubi Afrikadan qayıdanlar Akraya çatıblar

Cənubi Afrikadan qayıdanlar Akraya çatıblar

Dünya
28 may 2026 50 baxış
Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi

Boliviyada prezidentin istefası tələbi ilə aksiya keçirildi

Dünya
28 may 2026 50 baxış
Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Dünya
28 may 2026 50 baxış
Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

Dünya
28 may 2026 50 baxış
Evsizlər kəskin istilərə görə sığınacaq istəyirlər

Evsizlər kəskin istilərə görə sığınacaq istəyirlər

Dünya
28 may 2026 50 baxış
Böyük Britaniyada 82 illik rekord qırıldı

Böyük Britaniyada 82 illik rekord qırıldı

Dünya
28 may 2026 50 baxış
Günəş aktivliyi 2030-cu ilə qədər minimum səviyyəyə çatacaq?

Günəş aktivliyi 2030-cu ilə qədər minimum səviyyəyə çatacaq?

Dünya
28 may 2026 50 baxış
İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3269 nəfərə çatıb

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3269 nəfərə çatıb

Dünya
28 may 2026 50 baxış
2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azalacaq?

2064-cü ilə qədər dünya əhalisi yarıbayarı azalacaq?

Dünya
28 may 2026 50 baxış
Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub

Yeni modelin sahiblərindən biri Papa XIV Leo olub

Dünya
28 may 2026 50 baxış
Seçilmişlər
icon