İsrail bu ölkəyə havadan zərbələr endirdi | Raketlər işə salındı! - Baku TV
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində azı 31 nəfər ölüb. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində 149 nəfər də yaralanıb.
Qeyd olunub ki, həlak olanların təxminən üçdə ikisi Livanın cənubundadır.
"Times of Israel" nəşri məlumat verib ki, İsrail Müdafiə Ordusu Livanda "Hizbullah" qruplaşmasının mövqelərinə zərbələr endirib.
Qeyd olunub ki, Hayfada və onun ətrafında həyəcan siqnalları işə düşüb. Bundan qısa müddət sonra İsrail Müdafiə Ordusu təsdiq edib ki, təşvişə səbəb olan raket atəşinin mənbəyi İran deyil, Livan olub.
Hərbi mənbələrin məlumatına görə, Hava Hücumundan Müdafiə vasitələri ilə bir raket və iki pilotsuz uçuş aparatı zərəsizləşdirilib. Ən azı iki raket açıq əraziyə düşüb.
Həmçinin İsrailin Beyrutun cənub ərazilərinə endirdiyi zərbələr nəticəsində ən azı 10 nəfər həlak olub. Bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində "Hizbullah"ın parlament fraksiyasının sədri Məhəmməd Raad həlak olub.
#İsrail teqi istifadə olunub
- Bu halda ABŞ və İsrail İrana qarşı zərbələrdən imtina edəcəkdi? - Baku TV
- İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV
- İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA
- Ərəb dövlətləri əməliyyatlara qatılarsa, Yaxın Şərq böyük müharibəyə sürüklənəcək? - AKTUAL GÜNDƏM
- İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI
