Pleyeri seçin:
İsrail ordusu Beyruta hava hücumu etdi: Ölənlər var - Baku TV
İsrailin Beyrutun mərkəzindəki “Ramada” hotelindəki bir otağa hava hücumu nəticəsində ən azı dörd nəfər həlak olub.
Bu barədə “Reuters” İsrail hərbi rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hədəf Livan paytaxtında fəaliyyət göstərən İran komandirləri olub. Bu, İsrail və “Hizbullah” arasında ötən həftə döyüşlərin yenidən başlamasından bəri Beyrutun mərkəzinə ilk hücum olub.
İsrail hədəflərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin əsas komandirləri olduğunu bildirib, lakin onların adlarını çəkməyib.
Hoteldə Livanın cənubunda və Beyrutun cənub ətraflarında müharibədən qaçan məcburi köçkünlər yaşayırdılar. Hücumdan sonra bəziləri əlavə hava hücumlarından qorxaraq binadan qaçıblar.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Tramp Livana zərbələr endirməyə icazə verilmədiyini bəyan edib
- ABŞ-İran razılığa gələ bilər: İsrail Livandan çıxır? - AKTUAL GÜNDƏM
- Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM
- Livan iqtisadiyyatı niyə fəlakətlə üzləşmək riski daşıyır?
- İsrailin zərbələri Livanda dağıntılara səbəb oldu
