Pleyeri seçin:

İsrail Ordusu “Əl-Şifa” xəstəxanasını boşaltdı | Qəzzada son vəziyyət

01 aprel 2024 265 baxış

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra “Əl-Şifa” tibb kompleksini tərk ediblər.

Təxminən 2 həftə davam edən əməliyyatlardan sonra ərazidə yerləşən ən böyük xəstəxana tamamilə boşaldılıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri HƏMAS hərbi qruplaşmasının döyüşçülərinin “Əl-Şifa” xəstəxanasında gizləndiyini və oradan hərbi təyinat obyekti kimi istifadə etdiklərini iddia edib. Sözügedən iddianı bəhanə edərək ordu noyabrın 15-də xəstəxana ərazisində hərbi əməliyyata başlayıb. Müdafiə Qüvvələri mülki şəxslərin xəsarət almaması üçün orduda xüsusi təlim keçmiş tibbi qrupların və ərəbdilli şəxslərin olduğunu da vurğulayıb.

Ərəb mediasının yaydığı məlumata görə isə tibb kompleksinin korpusları hücumlar nəticəsində yararsız hala düşüb, dağıntıların miqyası həddindən artıq böyükdür.

Bundan əlavə, 3000 nəfərlik tutumu olan tibb kompleksində İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan mülki şəxslərin sayı 400-ü keçib. Onların arasında Fələstin Qızılxaç Cəmiyyətinin üzvləri də var. Beləliklə, Fələstin tərəfi israilin qəsdən sözügedən xəstəxananı hədəf aldığını və əsas məqsədinin də mülki şəxsləri öldürmək olduğunu iddia edib.

Bütün bunların fonunda isə müdafiə ordusu “Əl-Şifa”da HƏMAS üzvlərinə qarşı mübarizə apardığını vurğulayıb. Nəticədə isə Qəzzada yerləşən ən böyük tibb kompleksi yerləyeksan olub. Hazırda sözügedən məkan tanınmaz vəziyyətdədir.

Gizli danışıqlarda nə baş verdi? - ABŞ Omanı "oyun"dan kənarlaşdırdı - Baku TV

Gizli danışıqlarda nə baş verdi? - ABŞ Omanı "oyun"dan kənarlaşdırdı - Baku TV

Dünya
16 iyun 2026 265 baxış
ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

Dünya
16 iyun 2026 265 baxış
Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Dünya
16 iyun 2026 265 baxış
"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

Dünya
16 iyun 2026 265 baxış
Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Dünya
16 iyun 2026 265 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Dünya
16 iyun 2026 265 baxış
“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

Dünya
16 iyun 2026 265 baxış
Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Dünya
16 iyun 2026 265 baxış
Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Dünya
16 iyun 2026 265 baxış
Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Dünya
16 iyun 2026 265 baxış
Seçilmişlər
icon