Pleyeri seçin:

İsrail Ordusundan iddia | Qəzzada ölən jurnalistlər barədə açıqlama

11 yanvar 2024 216 baxış

İsrail ordusu Qəzza zolağında ölən Qətərin “Əl-Cəzirə” telekanalının iki jurnalistinin terror fəaliyyətində iştirak etdiyini iddia edib.

Bu barədə ölkənin Müdafiə Ordusu sosial media hesabında bildirib.

Qeyd olunub ki, hər iki media işçisi HƏMAS və “İslami Cihad” hərbi qruplaşmalarına xidmət ediblər və onların əlində bunu sübut edən dəlillər var:

“Yanvar 7-də İsrail qoşunları Rəfah bölgəsində düşmənə məxsus pilotsuz uçuş aparatı aşkar edib. Həmin PUA yaxınlıqdakı əsgərlər üçün təhlükə yaradıb. PUA-nın idarə edildiyi məntəqənin məhv edilməsi məqsədilə İsrail ora təyyarə göndərib. Daha sonra isə Fələstin mediası jurnalistlər Həmzə əl-Dahduh və Mustafa Suryanın hücumlar zamanı həlak olduğunu bildirib. Mustafa Surya Qəzza şəhərində HƏMAS briqadasının üzvü və əl-Qadisiyyə batalyonunun komandir müavini olub, Həmzə əl-Dahduh isə radikal “İslami Cihad” qruplaşmasının fəaliyyətlərində iştirak edib”.

Məlumat üçün bildirək ki, “Əl-Cəzirə” telekanalı SAXAL-ın verdiyi bu açıqlamanı qətiyyətlə rədd edib. Media orqanı cavab olaraq İsrailin qəsdən jurnalistləri hədəf aldığını və bu cinayətin cavabsız qalmamalı olduğunu bildirib.

Riçard Nayton Rusiyanın sürətlə güclənən hərbi qüvvələrindən narahat olduğunu bildirib

Riçard Nayton Rusiyanın sürətlə güclənən hərbi qüvvələrindən narahat olduğunu bildirib

Dünya
16 dekabr 2025 216 baxış
ABŞ Zelenskiyə Donbasdan qoşunların çıxarılmasını təklif edib

ABŞ Zelenskiyə Donbasdan qoşunların çıxarılmasını təklif edib

Dünya
16 dekabr 2025 216 baxış
Vatikanda Milad gecəsi İsa Məsihin doğumu canlandırıldı

Vatikanda Milad gecəsi İsa Məsihin doğumu canlandırıldı

Dünya
16 dekabr 2025 216 baxış
Maduro ABŞ-nin hərbi təhdidlərinə qarşı cavab tədbirlərindən danışıb

Maduro ABŞ-nin hərbi təhdidlərinə qarşı cavab tədbirlərindən danışıb

Dünya
16 dekabr 2025 216 baxış
İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər

İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər

Dünya
16 dekabr 2025 216 baxış
İspaniyada qumdan hazırlanmış sənət nümunələri

İspaniyada qumdan hazırlanmış sənət nümunələri

Dünya
16 dekabr 2025 216 baxış
Şəffaflıq İnstitutunun taleyi ilə bağlı qərar qalmaqala səbəb oldu

Şəffaflıq İnstitutunun taleyi ilə bağlı qərar qalmaqala səbəb oldu

Dünya
16 dekabr 2025 216 baxış
Ukrayna sülhə görə hansı güzəştə gedəcək?

Ukrayna sülhə görə hansı güzəştə gedəcək?

Dünya
16 dekabr 2025 216 baxış
Rusiyanın Xəzərdəki enerji infrastrukturu hücuma məruz qaldı

Rusiyanın Xəzərdəki enerji infrastrukturu hücuma məruz qaldı

Dünya
16 dekabr 2025 216 baxış
Berlinin Ukrayna hesabatı | Zelenskidən açıq mesaj: “Ərazi məsələsi çox ağrılıdır” - Baku TV

Berlinin Ukrayna hesabatı | Zelenskidən açıq mesaj: “Ərazi məsələsi çox ağrılıdır” - Baku TV

Dünya
16 dekabr 2025 216 baxış
Seçilmişlər
icon