Pleyeri seçin:

İsrail Qəzzaya göndərilən yardım gəmisinə amansız hücum etdi | Fahrettin Altundan açıqlama

09 iyun 2025 354 baxış

“İsrailin Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan mülki “Madleen” gəmisinə qarşı hücumu beynəlxalq hüququn və insan hüquqlarının açıq-aşkar pozuntusudur. Bu alçaq hücumu ən sərt şəkildə qınayırıq”.

Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında qeyd edib.

“Sionist İsrail rəhbərliyi əsas humanitar yardımların belə Qəzzaya çatmasına dözümsüz yanaşdığını bir daha göstərmişdir. Qəzzada aylardır davam etdirilən sistemli dağıntı və qətliamlar heç bir əxlaqi və hüquqi ölçü tanımayan bir terror dövləti məhsuludur.

Qadınların, uşaqların, yaşlıların hədəf alındığı bu düşüncəsiz hücumlar artıq yalnız Fələstinin deyil, bütün bəşəriyyətin məsələsinə çevrilib. İsrail rəhbərliyi 20 aydan artıqdır ki, həyata keçirdiyi vəhşiliklə regional sülhü təhdid edən, qlobal təhlükəsizliyi riskə atan bir “qarışdırıcıya” çevrilib. Bu həqiqəti görməzdən gələn, susan və ya reaksiyasız qalan hər bir mövqe bu cinayətə şərik olmaq deməkdir.

Türkiyə olaraq bu vəhşiliyin dayandırılması, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması və bölgədə ədalətli sülhün təmin olunması üçün çağırışımızı bir daha təkrar edirik. Beynəlxalq ictimaiyyəti və bütün insanlığı bu fəryada qulaq asmağa, konkret addımlar atmağa dəvət edirik”, – deyə F.Altun bildirib.

Makrondan Putinlə bağlı sensasiyalı açıqlama

Makrondan Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 dekabr 2025 354 baxış
Putin Avropa İttifaqını yeni müharibə ilə hədələdi - Baku TV CANLI

Putin Avropa İttifaqını yeni müharibə ilə hədələdi - Baku TV CANLI

Dünya
19 dekabr 2025 354 baxış
Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur

Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur

Dünya
19 dekabr 2025 354 baxış
Gürcüstan və Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sövq etdilər | Papuaşvili

Gürcüstan və Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sövq etdilər | Papuaşvili

Dünya
19 dekabr 2025 354 baxış
Putin hər şeyi gözə aldı | Avropanı hədələyən Rusiyaya NATO-dan sərt xəbərdarlıq - Baku TV

Putin hər şeyi gözə aldı | Avropanı hədələyən Rusiyaya NATO-dan sərt xəbərdarlıq - Baku TV

Dünya
19 dekabr 2025 354 baxış
Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya

Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya

Dünya
19 dekabr 2025 354 baxış
Avropadan Ukraynaya böyük maliyyə axını | Gözləntilər nələrdir?

Avropadan Ukraynaya böyük maliyyə axını | Gözləntilər nələrdir?

Dünya
19 dekabr 2025 354 baxış
İstanbulda təcili əməliyyat | Fətullah Gülənin qohumu nədə ittiham olunur? - Baku TV CANLI

İstanbulda təcili əməliyyat | Fətullah Gülənin qohumu nədə ittiham olunur? - Baku TV CANLI

Dünya
19 dekabr 2025 354 baxış
Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər

Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər

Dünya
19 dekabr 2025 354 baxış
Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır

Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır

Dünya
19 dekabr 2025 354 baxış
Seçilmişlər
icon