İsrail Qəzzaya yardımlar barədə qərarını verdi | Netanyahunun ofisindən təcili məlumat
İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.
Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Qeyd edilib ki, Baş nazir Benyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HƏMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılması ilə bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib.
Martın ikisindən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.
Xatırladaq ki, HƏMAS İsrailin razılaşmanın bütün əsir və girovların azad olunması və tam atəşkəs elanını nəzərdə tutan ikinci mərhələsinə başlamaq istəmədiyi üçün Stiv Vitkoffun təklifini qəbul etmədiyini açıqlayıb.
