Pleyeri seçin:

İsrail Yəmənə hücum etdi | Ölənlər var

21 iyul 2024 149 baxış

İsrail Hərbi Hava Qüvvələri Yəmənin Hudeyda limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.

Məlumata görə bu, İsrailin Yəməndəki hərbi obyektləri ilk dəfə bombalamasıdır.

Hava hücumunda “F-35” qırıcıları da daxil olmaqla, İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib. Belə ki, Hudeyda limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb. Nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi lazım olan hər vasitə ilə özünü müdafiə etməkdə qərarlıdır.

“Bizə hücum edən hər kəs hərəkətlərinin əvəzini ağır ödəyəcək. Sabit və təhlükəsiz Yaxın Şərqi görmək istəyən hər kəs istər Yəməndə, istər Qəzzada, istərsə də Livanda İsrailin İrana və onun müvəkkillərinə qarşı mübarizəsini dəstəkləməlidir”, – deyə Baş nazir bildirib.

B.Netanyahu qeyd edib ki, iyulun 20-də səhər hərbi-siyasi kabineti toplayıb və nazirlərdən Yəməndə husilərin hədəflərinə hücum qərarını dəstəkləmələrini istəyib.

“Bizim hücum etdiyimiz liman mülki liman deyil, İran tərəfindən husilərə verilən silahların giriş nöqtəsi kimi hərbi məqsədlər üçün istifadə edilib. Husilər bu silahlardan İsrailə, region ölkələrinə və beynəlxalq dəniz yollarına hücum etmək üçün istifadə ediblər”, – deyə Baş nazir əlavə edib.

Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur

Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur

Dünya
19 dekabr 2025 149 baxış
Gürcüstan və Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sövq etdilər | Papuaşvili

Gürcüstan və Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sövq etdilər | Papuaşvili

Dünya
19 dekabr 2025 149 baxış
Putin hər şeyi gözə aldı | Avropanı hədələyən Rusiyaya NATO-dan sərt xəbərdarlıq - Baku TV

Putin hər şeyi gözə aldı | Avropanı hədələyən Rusiyaya NATO-dan sərt xəbərdarlıq - Baku TV

Dünya
19 dekabr 2025 149 baxış
Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya

Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya

Dünya
19 dekabr 2025 149 baxış
Avropadan Ukraynaya böyük maliyyə axını | Gözləntilər nələrdir?

Avropadan Ukraynaya böyük maliyyə axını | Gözləntilər nələrdir?

Dünya
19 dekabr 2025 149 baxış
İstanbulda təcili əməliyyat | Fətullah Gülənin qohumu nədə ittiham olunur? - Baku TV CANLI

İstanbulda təcili əməliyyat | Fətullah Gülənin qohumu nədə ittiham olunur? - Baku TV CANLI

Dünya
19 dekabr 2025 149 baxış
Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər

Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər

Dünya
19 dekabr 2025 149 baxış
Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır

Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır

Dünya
19 dekabr 2025 149 baxış
Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib

Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib

Dünya
19 dekabr 2025 149 baxış
Lukaşenkodan Trampın həyat yoldaşı barədə açıqlama

Lukaşenkodan Trampın həyat yoldaşı barədə açıqlama

Dünya
19 dekabr 2025 149 baxış
Seçilmişlər
icon