İsraildən düşmənlərinə 2 seçim | Qəzzada planlar dəyişdi?
İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS döyüşçülərinin kütləvi şəkildə təslim olduğunu açıqlayıb.
O bildirib ki, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edən döyüşçülər də daxil olmaqla HƏMAS hərbi qruplaşmasının bütün üzvləri kütləvi şəkildə təslim olur. İsrail Müdafiə Qüvvələri isə Qəzza zolağında islamçıların Cəbəliyyə və Şecayyadakı son qalıqlarını təmizləyir:
“HƏMAS döyüşçüləri məhv olmağa çox yaxınlaşıblar. Təslim olanların sayı vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir. Onlar sığınacaqları tərk edərək orduda silah və qida çatışmazlığı olduğunu özləri etiraf edirlər”.
Nazir HƏMAS üzvlərinin yalnız 2 seçimi olduğunu bildirib: təslim olmaq və həlak olmaq. İsrail Ordusunun artıq Qəzzanın şimalında olduğunu deyən Yoav Qalant ölkəsinin orada fəaliyyətini davam etdirəcəyini açıqlayıb.