İsrailin Dohaya hücumundan öncə nələr olubmuş? - Xəbərdarlıq edilsə də...
İsrail Baş naziri Benyamin Netanyahu İsrailin Qətərin paytaxtı Dohaya olan hücumundan təxminən bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
Bu barədə “Axios”a adı gizli saxlanılan israilli rəsmilər məlumat veriblər.
İsrail rəsmiləri Netanyahunun ABŞ-də yerli vaxtla səhər saat 08:00-da Trampa zəng etdiyini və Qətərə hücumun isə səhər saat 08:51-də baş verdiyini bildirib.
Mənbələr Trampın etiraz edəcəyi təqdirdə İsrailin geri çəkilə biləcəyini iddia edib.
“Tramp raketlər atılmadan əvvəl hücumdan xəbərdar idi. Trampla Netanyahu arasında əvvəlcə siyasi səviyyədə, sonra isə hərbi kanallarla danışıqlar oldu. Tramp yox demədi”, ‒ deyə adı açıqlanmayan şəxslərdən biri deyib.
Digər rəsmi şəxslər də Trampa kifayət qədər xəbərdarlıq edildiyini vurğulayaraq qeyd edib ki, Ağ Ev rəhbəri hücumu dayandıra bilərdi, amma etməyib.
#ABŞ teqi istifadə olunub
