Pleyeri seçin:

İsrailin gizli əməliyyatları Tehranda aranı qarışdırdı

19 noyabr 2025 208 baxış

İran hökumətinin mənbələrinə görə, xüsusi xidmət orqanlarında daxili qarşıdurma və narahatlıq yaranıb, rəsmilər İsrailin gizli fəaliyyətlərindən ehtiyat etdikləri üçün öz sədaqətlərini sübut etməyə çalışırlar.

Bu barədə Böyük Britaniyanın “Telegraph” qəzeti İsraillə İranın 12 günlük müharibəsinə istinadla hazırladığı materialda bildirib.

Qəzet yazıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri, bir neçə əsas təhlükəsizlik qurumunun rəhbərləri, komandanlar və yüksək çinli şəxslər hazırda bir-biri ilə qarşıdurmadadır.

Nəşrin məlumatına görə, İran rəsmiləri və təhlükəsizlik dairələri arasında getdikcə artan qorxu var: İsrail tərəfindən təzyiqə məruz qalan və ya İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən şəxslər, bəlkə də, sadiq kadrları əsassız şəkildə xain kimi təqdim edə bilərlər.

İranın yüksəkvəzifəli bir rəsmisi qəzetə deyib:

“Bir çox rəsmilər, o cümlədən SEPAH üzvləri sistemə sübut etməyə çalışırlar ki, heç bir səhvə yol verməyiblər. Çünki artıq hamıya məlumdur ki, İsrail bir neçə quruma ciddi şəkildə nüfuz edib”. İranın Prezidenti Məsud Pezeşkian bundan əvvəl parlamentin iclasında söyləyib: “12 günlük müharibədə baş verə biləcək hadisələrdən heç qorxum yox idi, amma Allah göstərməsin, rəhbərə bir şey olacağından narahat idim. O zaman biz bir-birimizlə dalaşacağıq və İsrailin gəlməsinə belə ehtiyac olmayacaq”.

Ayın əvvəlində SEPAH-ın yüksəkvəzifəli rəsmisi Məhəmmədrza Nəqdinin vəzifədən kənarlaşdırılması barədə xəbər onun İsraillə əməkdaşlıq ittihamı ilə həbs edilməsi barədə ehtimalları gücləndirib. M.Nəqdi illərlə SEPAH və “Qüds” briqadasının kəşfiyyat strukturlarında rəhbər vəzifələrdə olub və bundan öncə onun ofisinin iki əməkdaşı İsrailə casusluq ittihamı ilə həbs edilərək edam olunublar.

Höccətullah Qüreyşi Məhəmmədrza Nəqdinin yerinə SEPAH koordinatorunun müavini təyin edilib.

“Sunday Times” avqustda yazmışdı ki, İsrail son bir ildə ardıcıl və mürəkkəb kəşfiyyat və hərbi əməliyyatlarla İranın təhlükəsizlik, hərbi və nüvə strukturlarının dərinliklərinə nüfuz edib və misilsiz zərbələr endirib.

Hesabata əsasən, əməliyyatlar “Hizbullah” və HƏMAS liderlərinin öldürülməsindən tutmuş İranda həyati avadanlıq və infrastrukturun məhv edilməsinədək güc balansını İsrailin xeyrinə dəyişdirib.

Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar olacaq? - Baku TV

Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqlar olacaq? - Baku TV

Dünya
29 yanvar 2026 208 baxış
“Kadırovdan sonrakı dövr” hazırlığı - Kreml varis kimi onu görür

“Kadırovdan sonrakı dövr” hazırlığı - Kreml varis kimi onu görür

Dünya
29 yanvar 2026 208 baxış
BƏƏ-də sülh üçün əsas şərtlər açıqlandı | Moskva və Kiyev indi nə edəcəklər? - ANA XƏBƏR

BƏƏ-də sülh üçün əsas şərtlər açıqlandı | Moskva və Kiyev indi nə edəcəklər? - ANA XƏBƏR

Dünya
29 yanvar 2026 208 baxış
Peskov Putinlə Şaraa arasındakı danışıqlarla bağlı açıqlama verdi

Peskov Putinlə Şaraa arasındakı danışıqlarla bağlı açıqlama verdi

Dünya
29 yanvar 2026 208 baxış
Paşinyandan Ermənistanda olanlar barədə açıqlama

Paşinyandan Ermənistanda olanlar barədə açıqlama

Dünya
29 yanvar 2026 208 baxış
Dağıstanda planlaşdırılan terror aktlarının qarşısı alındı - Baku TV CANLI

Dağıstanda planlaşdırılan terror aktlarının qarşısı alındı - Baku TV CANLI

Dünya
29 yanvar 2026 208 baxış
İranda son hadisələrin qurbanlarının adları və təfərrüatlar dərc olunacaq

İranda son hadisələrin qurbanlarının adları və təfərrüatlar dərc olunacaq

Dünya
29 yanvar 2026 208 baxış
ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammit keçiriləcək? - Baku TV CANLI

ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammit keçiriləcək? - Baku TV CANLI

Dünya
29 yanvar 2026 208 baxış
14 milyard dollarlıq dələduzluq | Tokayev Rusiyanı nədə ittiham etdi?

14 milyard dollarlıq dələduzluq | Tokayev Rusiyanı nədə ittiham etdi?

Dünya
29 yanvar 2026 208 baxış
ABŞ İrana qarşı preventiv hərbi əməliyyata hazırlaşır? - Baku TV CANLI

ABŞ İrana qarşı preventiv hərbi əməliyyata hazırlaşır? - Baku TV CANLI

Dünya
29 yanvar 2026 208 baxış
Seçilmişlər
icon