Pleyeri seçin:
İsrailin hücumu nəticəsində yüksək rütbəli komandirləri və alimləri qətlə yetirildi
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Salami İsrailin endirdiyi zərbələr nəticəsində ölüb.
Bu barədə “Reuters” məlumat yayıb. “TASNİM” agentliyi də xəbəri təsdiqləyib.
“Mehr” agentliyi həmçinin SEPAH generalı Qulaməli Rəşidin də öldürüldüyünü bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin də İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir. Lakin İran tərəfi bununla bağlı yayılan məlumatları təkzib edib.
Həmçinin İsrailin İranın Natanzdakı nüvə obyektinə zərbə endirməsi nəticəsində üç nüvə aliminin öldüyü bildirilir.
Kopyalandı
#İran teqi istifadə olunub
- İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA
- Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur
- Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb
- Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM
- İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər
